Ukrayna Prezident Volodimir Zelenski hesab edir ki, Krımı azad etmək daha asan olacaq, çünki orada hərbi əməliyyatlar olmayıb. Lakin eyni şeyi Donbas barədə demək olmur. Çünki Rusiyanın 10 illik hakimiyyəti, bu ərazinin militarizasiyası və separatizm səbəbindən Donbasın işğaldan azad edilməsi daha çətin olacaq.
“AzPolitika.info” xəbər verir ki, V.Zelenski bunu Nikolayev şəhərində tələbələrlə görüşü zamanı deyib.
"Ola bilər ki, biz bu insanları qaytarmamışdan əvvəl əraziləri qaytararıq. Belə də ola bilər. Məsələn, Donbası götürsək, orada insanlar 10 ildir başqa məkanda yaşayır və bu, uzun prosesdir. Məncə, Donbasla daha çətindir.
Tərəfdaşlarımız bir vaxt mənə dedilər ki, Krımı qaytarmağınız demək olar ki, mümkün olmayacaq, Donbası qaytarmaq isə çox çətin olacaq. Məncə, əgər söhbət insanlardan gedirsə, ərazilər yenə də insanlarla birgə qayıdacaq, insanlar bunu istəməsə, çox çətin olacaq...”
Zelenskinin sözlərinə görə, işğal olunmuş Donbas sakinlərini geri qaytarmaq psixoloji cəhətdən daha çətindir, çünki bölgədə 10 ildir hərbi əməliyyatlar davam edir: “İndi də Rusiya bizə qarşı vuruşanda ən sərt dirəniş göstərənlər separatçılardır. Ruslar qaçır, amma bunlar dururlar. Bu da nəsə deməkdir... Amma Krımda heç bir hərbi əməliyyat olmayıb, ona görə də inanıram ki, Krım qayıdışı gözləyir, Donbas da gözləyir, lakin bu, çox çətin olacaq, çünki bu ərazinin böyük hissəsi işğal olunub və maksimum dərəcədə hərbiləşdirilib”.
“AzPolitika.info”


Şərhlər