“Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və onun yaxınları Rusiya xüsusi xidmət orqanlarının 1 nömrəli hədəfidir. Çünki Budanovun rəhbərliyi altındakı idarə Rusiya diktatoru Vladimir Putini dəfələrlə aşağılayıb”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general-leytenant Valeri Kondratyuk “Arqument” proqramının efirində deyib.
Generalın fikrincə, Budanovun həyat yoldaşının zəhərlənməsi də Rusiya xüsusi xidmətinin əməlidir: “Bu praktika təkcə Putinin Rusiyadakı daxili siyasi opponentləri arasında deyil, xaricdə də geniş yayılıb”.
Kondratyuk deyib ki, son bir neçə ildə məhz Kirill Budanovun rəhbərliyi altındakı idarə Putini bir neçə dəfə şəxsən alçaldıb. Məhz bu idarənin PUA-ları "dünyanın ikinci ordusunun" aerodromlarını, hətta Kremli vurub. Generalın sözlərinə görə, “əlbəttə ki, belə şeylər Putin üçün nəticəsiz qala bilməz”.
Xatırladaq ki, noyabrın 28-də Budanovun həyat yoldaşı Marianna Budanovanın zəhərləndiyi məlum olub. Onun bədənində ağır metallar(civə və arsen) aşkar edilib. Bundan əlavə, eyni zamanda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bir neçə əməkdaşı da zəhərlənib.
“AzPolitika.info”


Şərhlər