İlon Mask 2024-cü ilin noyabrında keçiriləcək növbəti prezident seçkisində hazırkı ABŞ Prezidenti Co Baydenə səs verməyəcək.
“AzPolitika.info” xəbər verir ki, amerikalı milyarder bunu “The New York Times” qəzetinin tədbirində bildirib.
"Mən Baydenə səs verəcəyimi düşünmürəm", - deyən Mask eyni zamanda ABŞ-nin keçmiş Prezidenti Donald Trampı dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı suala da dəqiq cavab verməyib. İş adamı bunu “çətin seçim” adlandırıb.
Xatırladaq ki, bundan öncə Mask 2020-ci ildə Trampa yox, Baydenə səs verdiyini etiraf etmişdi.
“AzPolitika.info”


Şərhlər