Bu gün saat 15:30 radələrindən etibarən Azərbaycanda bank kartlarında ciddi problemlər yaranıb.
Vətəndaşların “AzPolitika.info”ya verdiyi məlumata görə, yanacaqdoldurma məntəqələrində, marketlərdə və başqa ticarət mərkəzlərində kart vasitəsi ilə ödəniş etmək mümkün olmayıb. Nəticədə xaotik durum yaranıb, sözügedən qurumların fəaliyyəti pozulub.
Məlumatda qeyd olunur ki, bütün bankların tətbiqləri də normal işləməyib. Sistemdə yaranmış problemlər hələ də aradan qaldırılmayıb və səbəbi izah edilməyib.
“AzPolitika.info”


Şərhlər