Ukrayna və bir neçə digər ölkələrin nümayəndə heyətləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışı zamanı ATƏT-in Skopyedə keçirilən nazirlər toplantısının konfrans zalını tərk edib.
“AzPolitika.info” bu barədə «Ukrainskaya Pravda»ya istinadla xəbər verir. Rusiyalı nazir çıxışına başlayanda bütün Ukrayna nümayəndə heyəti zalı tərk edib. Eyni zamanda, Ukraynanı hələlik siyahısı məlum olmayan bir neçə başqa nümayəndə heyətləri də dəstəkləyib.
Rus dilində danışan Lavrov bir anda sözünü kəsib və yəqin ki, zalda baş verənlərə ingilis dilində cavab verib: "Məni tək qoya bilərsinizmi? Təşəkkür edirəm".
Lavrov çıxışını bitirdikdən sonra dərhal iclas zalını tərk edib.
Rüfət
AzPolitika.info


Şərhlər