2023-cü il noyabrın 30-dan dekabrın 3-dək Bakıda Sankt-Peterburqun müalicə-sağlamlaşdırma potensialının təqdimatına həsr olunmuş “Tibb turizmi əməkdaşlığın unikal simvoludur/sərhədsiz tibb” adlı tədbir keçiriləcək.
Bu sahədəki mütəxəssislərə Sankt-Peterburq tibb müəssisələrinin müalicə və sağlamlıq üçün zəngin imkanları barədə məlumat veriləcək. Görüşün nəticəsi iki ölkənin tibb ictimaiyyəti arasında əlaqələrin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi olmalıdır.
Tədbirdə “Şimal paytaxtı”nın aparıcı tibb mərkəzlərinin, məsələn, Ümumrusiya Təcili və Radiasiya Tibb Mərkəzinin həkimləri iştirak edəcəklər. Eləcə də Rusiya Fövqəladə Hallar Nazirliyinin A.M. Nikiforov adına Milli Tibbi Araşdırmalar Mərkəzi, V.A. Almazov adına Milli Tibbi Tədqiqat Mərkəzi, S.N. Fyodorov adına “Göz mikrocərrahiyyəsi” Elmi-Texniki Kompleksinin Sankt-Peterburqfilialı, R.M. Qorbaçova adına Uşaq Onkologiyası, Hematologiya və Transplantologiya Elmi-Tədqiqat İnstitutunun Klinikası, Rusiya Federasiyasının Sankt-Peterburq Klinik Xəstəxanası və s. Tədbirə qatılacaqlar.
Tədbir “Hotel Excelsior Baku 5” otelində 01/12/2023 və 02/12/23 tarixlərində saat 10.00-dan 14.30-dəkkeçiriləcək.
“AzPolitika.info”


Şərhlər