İsrail və HƏMAS daha çox girovu azad etmək üçün Qəzza zolağında müvəqqəti atəşkəsi daha bir gün uzatmağa razılaşıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşr yazır ki, bu müqavilə əsasən qadın və uşaqlardan ibarət daha 10 girovun azad edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ötən həftə İsrail və HƏMAS 4 günlük müvəqqəti atəşkəs barədə razılığa gəliblər. Bu müddət ərzində dörd mübadilə aparılmalı idi.
Lakin HƏMAS İsrail həbsxanalarından 150-yə yaxın fələstinlinin azad edilməsi müqabilində 50-yə yaxın israilli girovu sərbəst buraxmaqdan imtina etdiyini bildirdi.
“AzPolitika.info”


Şərhlər