Milli Məclisin komitə sədrlərinin istifadəsinə verilən yeni xidməti avtomobillərin dəyəri 100 min manata yaxındır.
“AzPolitika.info” xəbər verir ki, “A” sinfinə daxil olan "Mercedes E 300" markalı avtomobillərdən 15 ədəd alınıb, çünki parlamentin bu sayda komitələri var.
Milli Məclis üzvlərinin əksəriyyəti bahalı brend markalardan istifadə edir. Onların içində hətta dəyəri 280-300 min avro olan son model “Rang Rover”, “Maybach”, “Porshe”, “Lexus”, “BMV” avtomobillər var. Bununla belə, parlamentin bəzi kasıb üzvləri ucuz maşınlardan istifadə edir, aralarında avtomobili olmadığına görə, taksi xidmətindən yararlananlar da var.
Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.
“AzPolitika.info”


Şərhlər
Belə olur ki, uşaq pulu verməyə razı olmurlar....
Yaxşı olar ki milli məclisə 20-30 əd.də vertolyot alınsın.axı bizim dputatlar qan-tər içində fasiləsiz işləyirlər. qışda onlara soyuq olar sonra bizim axırimiz necə olar???? ....
Hansı ehriyacdan avtopark yenilənir və bahalı avtomobillər alınmasına xalqın vəsaiti xərclənir.Bunun əsası varmı?Niyə möhtərəm Prezident belə bədxərc.lazımsız hallara yol verilməsinə reaksiya vermit? Xalqın maaşı,müavinəti,Pensiyası normal yaşama imkanı vermədiyi halda belə məsrəflərin israfçılıq olduğunu niyə görən və ölçü görürən yoxdur?