Menu

Lavrov Blinken və Borreldən “inciyib” – “Onlar qorxaqdırlar...”

01.12.2023, 16:41
Lavrov Blinken və Borreldən “inciyib” – “Onlar qorxaqdırlar...”

Rusiya XİN başçısı Sergey Lavrov ATƏT-in son tədbirində onun timsalında Rusiyaya göstərilən münasibətdən “incikliyini” gizlətməyib. “AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya XİN başçısı onu görmək istəməyən ABŞ Dövlət katibi Entoni Blinkeni və Avropa diplomatiyasının başçısı Cozef Borreli “qorxaq” adlandırıb.

Lavrov deyib ki, Blinkenin və Borrelin ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasının keçirildiyi Skopyeni vaxtından əvvəl tərk etməsi onların qorxaqlığını nümayiş etdirir: “Yəqin ki, onlar bununla Rusiyanı təcrid etmək niyyətlərini vurğuladıqlarına inanırlar. Amma mən hesab edirəm ki, onlar sadəcə qorxaqdırlar, onlar əldə faktlar olan hər cür düzgün söhbətdən qorxurlar”.

Lavrov əlavə edib ki, o, “Blinkendən fərqli olaraq” heç yerə qaçmayıb.

Xatırladaq ki, Ukrayna, Polşa və Baltikyanı ölkələrin nazirləri də Lavrova görə ATƏT Xarici İşlər Nazirləri Şurasının tədbirlərində iştirak etməyiblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol