Menu

İsrail ordusu Qəzza zolağında 4 girovun öldüyünü təsdiqləyib

02.12.2023, 10:04
İsrail ordusu Qəzza zolağında 4 girovun öldüyünü təsdiqləyib

İsrail Müdafiə Ordusu oktyabrın 7-də İsrailə hücum zamanı HƏMAS tərəfindən əsir götürülən 4 girovun öldüyünü təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Xaqari bildirib.

Həmin şəxslərin adları açıqlanıb: Eliyahu Marqalit, Mia Qoren, Ronen Enqel və Arye Zalmanoviç.

D.Xaqari bildirib ki, onların ailələrinə artıq məlumat verilib. Lakin İsrail ordusunun nümayəndəsi girovların necə və nə vaxt öldüyünü açıqlamayıb.

HƏMAS təşkilatı isə onların işğalçı İsrail ordusunin bombardmanları nəticəsində öldüyünü açıqlayıb. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol