İsrail Müdafə Qüvvələri (IDF) son bir ay ərzində on minlərlə mülki şəxsin təxliyə olunduğu Xan Yunis bölgəsi də daxil olmaqla, ötən gecə ərzində 400-dən çox hədəfi vurduğunu açıqlayıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Məlumata görə, Xan Yunisdə bir gecədə 50-dən çox hədəfin vurulduğu geniş miqyaslı hücum həyata keçirilib. İsrail hərbi əməliyyatların genişlənməsi ilə əlaqədar əhalini Xan Yunisi boşaltmağa çağırıb.
Ordu rəsmiləri mülki şəxslərə cənuba, Misir sərhədinə yaxın Rafaha doğru hərəkət etməyi tövsiyə edib.
Rüfət
“AzPolitika.info”


Şərhlər