Belçikanın Baş naziri Aleksandr De Kroo şənbə günü Qəzzada döyüşlər bərpa olunduqdan sonra İsrail prezidenti İshaq Hersoqla danışıb və ona “daha dinc əhalinin öldürülməsinin mümkün olmadığını” deyib.
"AzPolitika.info" Qərb mediasına istinadla xəbər verir ki, De Kroo Dubayda BMT-nin «COP28» iqlim sammitində jurnalistlərə deyib: “Mən zorakılığın yenidən başladığından narahatlığımı bildirdim və «Rəfah» qapılarında dediklərimi təkrarladım: daha mülki şəxslər öldürülməyəcək”.
Belçikanın baş naziri bildirib ki, İsrail mülki şəxslərin ölümünün qarşısını almaq üçün mümkün olan hər şeyi etməlidir.
Bundan əvvəl İsrail Xarici İşlər Nazirliyi Belçika və İspaniya səfirlərini ötən həftə Qəzzada Misirin nəzarətində olan «Rəfah» keçidində baş nazirlərinin dediklərinə görə geri çağırıb.
De Kroo daha sonra deyib ki, İsrail beynəlxalq humanitar qanunlara hörmət etməlidir, Qəzzanın dağıdılması qəbuledilməzdir və dinc əhalinin öldürülməsi dayandırılmalıdır.
Rüfət
AzPolitika.info


Şərhlər