Menu

Ermənilər 12 saat ərzində 12 milyon dollardan çox yardım yığdılar

28.11.2014, 11:11
Ermənilər 12 saat ərzində 12 milyon dollardan çox yardım yığdılar

Dünya ermənilərini birləşdirən “Ayastan” fondu noyabrın 27-də ABŞ-ın Los-Anceles şəhərində ənənəvi telemarafon keçirib.

“Media forum” saytı xəbər verir ki, noyabrın 27-si saat 20-də başlayan telemarafon noyabrın 28-si saat 8-də bitib.

12 saatlıq telemarafonda 12 milyon 399 min 550 dollar toplanıb. Vəsaitin böyük bir hissəsi işğal altında olan Azərbaycan torpağı Dağlıq Qarabağa, o cümlədən 116 kilometrlik Vardenis-Mardakert (Basarkeçər-Ağdərə) magistral yolunun (Kəlbəcərdən keçir) tikintisinə xərclənəcək.

Avropa ölkələrində noyabrın 19-dan 23-nə kimi Dağlıq Qarabağa yardım məqsədilə keçirilmiş telefon marafonunda 1 milyon 370 min avro vəsait yığılmışdı.

1992-ci ildə yaradılmış “Ayastan” fondunun idarə heyətinə Ermənistan prezidenti sədrlik edir. Fond indiyədək Ermənistanda və Dağlıq Qarabağda müxtəlif layihələrin gerçəkləşdirilməsi üçün 236 milyon dollar toplayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol