Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində baş tutan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində sərgilənən Azərbaycan pavilyonu barədə paylaşım edib.
Hikmət Hacıyev sosial şəbəkədə yazıb: “Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı: Azərbaycanın pavilyonu bizim yaşıl enerji və iqlimlə bağlı siyasətimizi, flora və faunanın müxtəlifliyini, həmçinin Ermənistanın 30 il davam etmiş işğalı zamanı basdırdığı minaların yaratdığı ətraf mühitə təsirləri – torpağın deqradasiyası və eroziyasını, suyun çirklənməsini nümayiş etdirir”.
#COP28 #COP28UAE UN Climate Change Conference Dubai - Azerbaijan's pavilion exhibits our green energy and climate action policy and diversity of flora and fauna and also, environmental impact- soil degredation and erosion, water pollution - caused by landmines infested by pic.twitter.com/Na4cRkPNnp
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 2, 2023


Şərhlər
Hİkmət müəllim, Azərbyacan Xarici İşlər NAzirliyi rüşvət və özbaşınalıq içərisidə batır, pavilyonlara vaxt taparkən, bir xarici işlər nazirliyinə də vaxt ayırn, onun zavallı əməkdaşlarının qayğıları ilə maraqlanın... ceyxun müəllimin elmar müəllimdən heç bir ferqi yoxmuş..