Qəzza zolağında quru əməliyyatı başa çatdıqdan sonra İsrail Müdafiə Qüvvələri orada qoşun yerləşdirməyi planlaşdırmır, sərhədə yaxın bufer zonası yaradacaq.
APA xəbər verir ki, bu barədə “The Times of Israel” adı açıqlanmayan İsrail rəsmisinə istinadən xəbər verir.
“Hərbi rəhbərlik Qəzza zolağı ilə sərhəddə müəyyən təhlükəsizlik bufer zonasının yaradılmasını müzakirə edir ki, HAMAS hərbi qüvvələri onun yaxınlığında cəmləşdirə bilməsin” - onun sözlərini nəşrdə sitat gətirir.
“Bu, siyasi addım deyil, təhlükəsizlik tədbiridir. Qəzza zolağından sərhədə bitişik ərazidə qalmağı planlaşdırmırıq”, - deyə o bildirib.
Qəzetin vurğuladığı kimi, İsrailin baş naziri Benyamin Netanyahu səfəri zamanı bu planlarını ABŞ dövlət katibi Antoni Blinkenlə bölüşüb.


Şərhlər
Ancaq Türkiyənin sayəsində.
Olduqca ağ yalandır,necəyanı Qəzzada qoşun yerləşdirməyəcək? Bunu hamı bilirki işidin əli ilə müəyyən satqın hamasın lidirləri birbaşa qərbin təhriki ilə israildə teror törətdilər,məqsədə buidiki,Qəzzanı israilin əliylə boşaldıb qərb əbədi orda möhkəmlənsin,bununla bir kəmər bir yol planın qarşısını alsın.