İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani Vaşinqtonu İsraillə Fələstinin Həmas qruplaşması arasında döyüşlərin bərpasından sonra İraq ərazisinə “hər hansı bir hücuma” qarşı xəbərdarlıq edib.
"AzPolitika.info" bu barədə «Al-Jazeera» saytına istinadla xəbər verir.
Sudani ofisinin məlumatına görə, bu xəbərdarlığı İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı edib. Sudani həmçinin deyib ki, onun hökuməti “İraqda mövcud olan beynəlxalq koalisiya müşavirlərinin təhlükəsizliyini təmin etmək” öhdəliyinə sadiqdir.
Xatırladaq ki, bu günlərdə ABŞ bir neçə dəfə İraq ərazisində olan bəzi mövqelərə zərbələr endirib.
Rüfət
AzPolitika.info


Şərhlər
Güyada bu baş nazirdi,ABŞ-ın orda ordusu,hərbi bazası varsa bəs edir ABŞ-ın bu ölkəyə diqtə etməyi.