Menu

HƏMAS Qəzzada İsrail əsgərlərinin olduğu tuneli partladıb

03.12.2023, 23:05
HƏMAS Qəzzada İsrail əsgərlərinin olduğu tuneli partladıb

“Əl-Qəssam” briqadaları (Fələstinin radikal HƏMAS hərəkatının hərbi qanadı) Qəzza şəhərində İsrail Müdafiə Ordusunun (SAXAL) əsgərlərinin olduqları minalanmış tuneli partladıblar.

Bu barədə hərəkatın hərbi qanadı məlumat yayıb.

““Əl-Qəssam” döyüşçüləri Qəzza şəhərinin Əl-Şeyx Radvan bölgəsində sionist (İsrail – red.) piyada birliyi ilə minalanmış tuneli partladıblar, bu da yaralanmalara səbəb olub”, - deyə HƏMAS-ın hərbi qanadı bəyanat yayıb.

“Əl-Qəssam” briqadasından verilən açıqlamaya görə, hərəkatın döyüşçüləri daha sonra İsrail hərbçilərini minaatanlardan atəşə tutub. (Mənbə: “RİA Novosti” )

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol