Menu

Ötən ay KTM-yə zəhərlənmə ilə bağlı 107 nəfər qəbul edilib - 4-ü ölüb

04.12.2023, 15:30
Ötən ay KTM-yə zəhərlənmə ilə bağlı 107 nəfər qəbul edilib - 4-ü ölüb

Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 107 nəfər qəbul edilib.

KTM-dən verilən məlumata görə, onlardan 38-i kişi, 54-ü qadın, 15-i isə uşaq olub.

Qəbul olunan xəstələrdən 55-i dərmandan, 23-ü sirkə turşusundan, 9-u etanoldan, 7-si dəm qazından zəhərlənib. 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin 2 nəfəri ilan, 1 nəfəri həşərat sancıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü dünyasını dəyişib. Onlardan 3-ü kişi, 1-i qadın olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol