Menu

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır

05.12.2023, 13:45
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi 2025-ci il 1 yanvar tarixinə qədər təxirə salınır.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

İcbari tibbi sığortada müştərək maliyyələşmə 2024-cü il yanvarın 1-dən tətbiq edilməli idi.

Qeyd edək ki, qanuna əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

Əhalinin tibbi xidmətlərə əlçatanlığı və icbari tibbi sığorta üzrə geniş işlərin görülməsi və sistemin formalaşdırılması məqsədilə layihədə qanunun qeyd olunan müvafiq maddəsinin tətbiqinin 2025-ci il 1 yanvar tarixinə kimi təxirə salınması nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Şərhlər

həkim 2023-12-05 17:55:06

Bu boyda Nazirlik ola-ola bu nə TƏBİB-dir.Bu hoqqabazlığa nə zaman son qoyulacaq.Onsuz da səhiyyə İnsanovla dağılmağa başladı Şirəliyevlə süqut etdi,,bu gün də alverxanaya çevruldi.Bir yandan da TƏBİB=in .İlk müdiri yığdı getdi,növbə indikilərin daha sonrası hələ ki, kənardan baxır.Bu ikitirəliyə və özbaşınalıqlara son qoyan olmayacaq?Axı millət əziyyət çəkir.idmətlər baha,səviyyə aşağı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol