Menu

“Ukraynaya kömək etmək üçün vəsait olmasa, silah tədarükü dayandırılacaq” - Sallivan

05.12.2023, 14:15
“Ukraynaya kömək etmək üçün vəsait olmasa, silah tədarükü dayandırılacaq” - Sallivan

Əgər Ukraynaya kömək etmək üçün vəsait olmasa, silah tədarükü dayandırılacaq.

“AzPolitika.info" xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan brifinq zamanı deyib.

“Konqresin tədbirləri olmasa, ilin sonuna qədər öz hərbi hazırlığımıza zərər vermədən Ukraynanı silah-sursatla təmin etməklə bağlı resurslarımız tükənəcək. Konqresin resursları Rusiyanın Ukraynada irəliləyişlərini dayandırdı, Ukraynaya mühüm hərbi qələbələr, o cümlədən Rusiyanın işğal etdiyi ərazilərin 50%-dən çoxunu geri qaytarmağa kömək etdi”, - deyə o bildirib.

Sallivanın sözlərinə görə, indi hər şey Konqresdən asılıdır.

“AzPolitika.info”

Şərhlər

Eli 2023-12-05 14:46:36

ABŞ ve Qerb Ukraynanı meydanda tek qoyacaq bu da Rusiyanın be Putinin herbi fealiyyetinin qonşu ölkelere ve Şerqi Avropa ölkelerinde genişllenditilmesi ile neticelenecek ve sonda SSRi-min berpsına onlatı şirniklendirecek .Burda ise ufuzan be mehv olan Ukrayna ve ukrayna xalqı olacaq bele getse

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol