Menu

Krımda partlayış olub - Rusiyanın hərbi obyektləri vurulub

05.12.2023, 14:37
Krımda partlayış olub - Rusiyanın hərbi obyektləri vurulub

Ukraynanın Rusiyanın işğalı altındakı Krım yarımadasında partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, partlayış Cankoy rayonunda olub.

Məlumata görə, Rusiyadakı hərbi obyektlər vurulub və yarımadadakı zenit müdafiə sistemi işə düşüb.

Qeyd edək ki, yarımadada sonuncu partlayış noyabrın 30-da baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol