Menu

Hərbi xidmətə çağırılanlarla bağlı rəyi bu qurum verəcək – Qanun dəyişir

05.12.2023, 20:28
Hərbi xidmətə çağırılanlarla bağlı rəyi bu qurum verəcək – Qanun dəyişir

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydası dəyişir.

“AzPolitika.info” xəbər verir ki, bu, Milli Məclisin müzakirəsinə çıxarılan və dekabrın 5-də üçüncü oxunuşda qəbul olunan "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.

Prezident İlham Əliyev "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" bu il oktyabrın 6-da fərman imzalayıb. İndi qanun fərmana uyğunlaşdırılır.

Fərmana əsasən, 2024-cü il iyulun 1-dən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək. Söhbət həmin nazirliyin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən gedir.

Bu prosesin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə" altsistemi üzərindən gerçəkləşdirilməsi nəzərdə tutulub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol