"Biz heç vaxt Azərbaycanla təmasları dayandırırıq deməmişik".
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.
O deyib ki, bu hal ABŞ-nin maraqlarına ziddir:
"Bu, həm də regionda sülhün və sabitliyin maraqlarına zidd olardı. Biz narahtlıqlarımızı və mövqeyimizi aydın şəkildə bəyan etmək üçün həm Azərbaycan, həm də Ermənistanla birbaşa əlaqdə işləməyə davam edirik. Ermənistanla davamlı sülh əldə etmək üçün əlaqə saxlamağa davam edirik. Bu, bizim diplomatik fəaliyyətimizdə diqqət mərkəzindədir", - deyə Miller bildirib.


Şərhlər
Sən hələ İsraillə Həmas arasında sülh yarat,ATƏT-i də qoş sülhyaratma işinə oralarda,30 il də Tel-Əvivə və Qəzzaya getsinlər yeyib içməyə,ondan sonra bir şey fikirləşərik.Başqasının torpağına girib üstəlik gecə-gündüz milləti bombalayan İsrailə umac ova bilmirsənsə bizə əriştə kəsmək həvəsinə düşmə.