Menu

“İsrailin Qəzzanı bombalaması kollektiv cəza tədbiridir”- BMT-nin Ali Komissarı

06.12.2023, 16:52
“İsrailin Qəzzanı bombalaması kollektiv cəza tədbiridir”- BMT-nin Ali Komissarı

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İsrailin Qəzza zolağında törətdiyi bombardmanı bu anklavın sakinləri üçün “kollektiv cəza” kimi qiymətləndirib.

“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, ali komissar bu barədə Cenevrədə keçirdiyi mətbuat konfransında atəşkəsə və insan haqları pozuntularının araşdırılmasına dair çağırış edib.

“Qəzzanın mülki əhalisi İsrailin davamlı bombardmanlarına və kollektiv cəzalarına, ölümə, mühasirəyə məruz qalır. Onlar qida, su və dərman vasitələri kimi əsas insan ehtiyaclarından məhrum olmağa davam edirlər.“Qəzzə xalqı tam və dərinləşən dəhşət içində yaşayır”, - Ali Komissar bildirib.

O, Qəzzada bir dənə də olsun təhlükəsiz yer olmadığını bildirib:

Onun sözlərinə görə, anklavda yaşayan 2,2 milyon fələstinlidən təxminən 1,9 milyonu didərgin düşüb:“Humanitar təşkilatlardakı həmkarlarım vəziyyəti apokalipsis kimi təsvir edirlər. Bu şəraitdə xüsusilə ağır cinayətlərin törədilməsi riski yüksəkdir. Bu cür cinayətlərin qarşısını almaq üçün həm maraqlı tərəflər, həm də bütün ölkələr, xüsusilə də təsiredici ölkələr tərəfindən tədbirlər görülməlidir”.

Rüfət

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol