Menu

Bakıda kişi dəm qazından boğularaq ölüb

07.12.2023, 10:02
Bakıda kişi dəm qazından boğularaq ölüb

Bakıda 60 yaşlı kişi yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Əşrəf Dadaş oğlu Hacağayev Binəqədi rayonundakı mənzilində dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol