Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin yaydığı məlumatda deyilir ki, Xəzər dənizi regionunda, Azərbaycan şelfində baş verən zəlzələnin gücü 5,7 bal olub.
“AzPolitika.info” xəbər verir ki, mərkəzin məlumatına görə, zəlzələnin ocağı Sumqayıt şəhərindən 97 km aralıda, Xəzər dənizinin 35 km dərinliyində yerləşib. Bakıda hiss olunan yeraltı təkanlar yerli vaxtla saat 08:15-də baş verib. Episentrdə yeraltı təkanların gücü 7-8 bal olub.
Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti isə xəbər verib ki, Azərbaycan ərazisində baş vermiş zəlzələ Ermənistanda da hiss olunub. Məlumatda qeyd edilir ki, zəlzələ Tavuş vilayətinin Noyemberyan, İcevan, Dilican və Berd şəhərlərində 3 bal gücündə hiss edilib.
“AzPolitika.info”


Şərhlər