"Azərbaycan millisində işləməkdən qürur duyaram".
"Report" xəbər verir ki, bunu Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Günəş ölkəsinin mətbuatına açıqlamasında bildirib.
71 yaşlı mütəxəssis müvafiq şəxslərdən ona təklif gəldiyini söyləyib.
Günəş rəsmi dəvət gözlədiyini də vurğulayıb.
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.


Şərhlər
"Həzərat,mən Azərbaycan millisinin (millisinin yox,milliyə axan pulların) xətrini çox istəyirəm və Azərbaycan millisində işləməyi özümçün böyük şərəf (pul dağarcığı) hesab edərəm”
Şenol xoca gəlmə.
Səndən əvvəl burada kimlər olmadı.Hamısınn torbası tikildi.Hətta Azərbaycan futbolunu yaxşı tanıyan Qurban da və sairə.Boş quyuya su töksən də dolmaz.Bizə ilk növbədə güclü çempionat və xarici klublarda oynayan futbolçu lazımdır. Bir necısi var , onlarda günlərini sayırlar, əsas heyətə də düşə bilmirlər