Menu

Bayramov və Mirzoyan Vaşinqtonda görüşə bilər... - Ceyms OBrayan Bakıda daha nə təklif edib?

07.12.2023, 18:10
Bayramov və Mirzoyan Vaşinqtonda görüşə bilər... - Ceyms OBrayan Bakıda daha nə təklif edib?

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayan Bakıya səfərindən sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqları bərpa oluna bilərmi?

Xatırladaq ki, ABŞ rəsmisi özünün “X” səhifəsində yazıb ki, ABŞ dövlət katibi Entoni Blinken tezliklə sülh üçün Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovu qəbul etməyi gözləyir.

O'Brayanın Prezident İlham Əliyevlə görüşündə bildirib: “Regionda sabit və ləyaqətli sülhün bərqərar olması tarixi imkanlar açacaq”.

Ermənistandan parlamentin sədri Alen Simonyan bu gün jurnalistlərə bildirib ki, hazırda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü ilə bağlı hər hansı razılıq və ya müzakirə yoxdur.

Simonyan Ermənistan tərəfinin danışıqlara hazır olduğunu vurğulayıb.

Rəsmi Bakı hələ ki, Ceyms O`Brayanla müzakirəlrin nətiələrini şərh etməyib və Vaşinqtonda XİN rəhbərlərinin görüş təklifinə münasibət bildirməyib.

Diplomatik mənbələrgələn həftə Vaşinqtonda Ceyhun Bayramovla Ararat Mirozyanın bir araya gəlməsini mümkün hesab edir. Bakıda buna prinsipə razılıq verilib.

Amma liderlərin görüşü artıq qeyri mümkün görünür. Bəzi iddialara görə, Ceyms O`Brayan nazirlərin Vaşinqtonda bir araya gəlməsindən sonra Yeni il qabağı Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın Brüsseldə görüşməsini təklif edib.

Ancaq Azərbayanda növbədənkənar prezident seçkilərinin elan olunması Ermənistanla yüksək səviyyəli sülh danışıqlarını ən azı 3 ay təxirə salır.

Rasim Əliyev

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol