Menu

İran Prezidenti Moskvadadır

07.12.2023, 18:12
İran Prezidenti Moskvadadır

İran Prezidenti İbrahim Rəisi Moskvaya rəsmi səfərə gəlib.

"AzPolitika.info" Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə İslam Respublikasının Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali məlumat verib.

“İran Prezidenti İbrahim Rəisi Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gəlib”, – səfir X sosial şəbəkəsində dərc olunan bəyanatında bildirib.

Cəlali qeyd edib ki, sürətlə dəyişən hadisələr kontekstində İran Prezidentinin səfəri və Tehranla Moskva arasında qarşılıqlı əlaqələr “yeni dünya nizamının formalaşmasına mühüm töhfə verir”.

Çərşənbə günü Kremlin mətbuat xidməti bildirib ki, Putin və Rəisi arasında Moskvada keçiriləcək danışıqlarda tərəflər ticarət-iqtisadi əməkdaşlığı, o cümlədən nəqliyyat və energetika sahəsində əməkdaşlığı müzakirə edəcək, həmçinin əsas beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol