“Ümid” Partiyasının seçkilərdə iştirak etməsi üçün, nizamnamə tələblərinə uyğun olaraq, partiya rəhbərliyi bununla bağlı qərar qəbul etməlidir”.
“AzPolitika.info” xəbər verir ki, bunu “Qafqazinfo.az” saytına açıqlamasında “Ümid” Partiyasının sədri İqbal Ağazadə deyib.
“Sabah saat 10:00-da partiyanın İdarə Heyətinin iclası keçiriləcək. İdarə Heyətinin qərarından sonra nəticələri mətbuata açıqlayacağıq. Məşvərət Məclisinin qəbul edəcəyi qərardan sonra biz seçkilərdə iştirak edib-etməmək barədə yekun rəyimizi formalaşdıracağıq. Hesab edirəm ki, Azərbaycan Respublikasının “Siyasi partiyalar haqqında” Qanunu siyasi partiyaların üzərinə seçkilərdə iştirakla bağlı bir öhdəlik qoyur. Hər halda bu da nəzərə alınacaq”.
İqbal Ağazadə vurğulayıb ki, seçkilərdə iştirak həm təbliğat, seçici ilə ünsiyyət, həm də “Siyasi partiyalar haqqında” Qanunun tələbidir: “Açıq etiraf edək ki, xüsusilə Qarabağ qələbəsindən qısa müddət sonra Prezident İlham Əliyevə rəqib olmaq elə də asan deyil”.
“AzPolitika.info”


Şərhlər
Hər halda seçkilərin legitim hesab olunması üçün, jirinovskilər, zyuqanovlar əlbəttə vacib şərtdir.
İqbal,qal.qaldığın yerdə.Özünü biabır etmə! Ora sənlik deyil!
İqbal Ağazadənin qeyd etdiyi kimi bu seçkilərdə İlham Əliyevə rəqib görmürəm. İstər iqtidar, istərsə də müxalifət olsun, İlham Əliyevin yeganə lider olduğunu hamı qəbul edir. Bir Azərbaycan vətəndaşı, bir seçici kimi yeganə istəyim, arzum ondan ibarətdir ki, Prezident antiterror əməliyyatını ölkənin daxilində keçirsin. Hazırda ölkənin daxilində anormal vəziyyət yaranıb (rüşvət, korrupsiya). Ətrafı Prezidenti inandırmağa çalışırlar ki, əhali yağ-bal içində yaşayır, kefə baxır. Əsla belə deyil. Vəziyyət ağır və qəlizdir. Seçkiyə qədər Prezident ümumi vəziyyəti nəzarətə götürərək təmizlik əməliyyatına start versə, bu onun şəksiz qələbəsinə şərait yaradar.