Amerikanın ən böyük qəzeti olan "Washington Post"un 750-dən çox əməkdaşı etiraz aksiyasında iştirak edəcək.
"AzPolitika.info" xəbər verir ki, qəzetin əməkdaşları 24 saat işləməyəcəklərini bildiriblər.
Nəşrin əməkdaşlarının Vaşinqton şəhərinin mərkəzində "Washington Post" ofisləri qarşısında bir günlük piket və mitinq keçirməyi planlaşdırdığı bildirilir.
Onlar həmçinin nəşrin oxucularından həmrəylik əlaməti olaraq bir gün ərzində qəzeti oxumaqdan və internet saytına daxil olmaqdan çəkinməyi xahiş ediblər. Əvəzində bir çox funksiyaları redaktorlar və menecerlər yerinə yetirəcək - məqalə yazmaqdan tutmuş çap maşınlarında işləməyə qədər.
Həmkarlar ittifaqı üzvləri 18 aydır işçiləri müqaviləsiz qoyan media şirkəti ilə danışıqların dalana dirəndiyi üçün aksiyada iştirak etdiklərini bildiriblər. Onlar rəhbərliyin bir sıra işçilərə öz istəkləri ilə işdən çıxmağı təklif etməsinə etiraz edir. Qeyd olunur ki, işçilər ixtisar təhlükəsi ilə bunu etməyə məcbur olurlar. Media şirkətinin rəhbərləri ittifaqın "pis niyyətlə" danışıqlar apardığına dair iddiasını rədd edir və ayın sonuna qədər müqavilə bağlamağa ümid etdiyini deyirlər.
Media şirkəti isə öz veb-saytını işlək vəziyyətdə saxlamaqla, cümə axşamı və cümə günləri həmişəki kimi qəzetləri çap edib çatdıra biləcəyinə əmin olduğunu söyləyir..
Rüfət
AzPolitika.info


Şərhlər