"Ukrayna hakimiyyətinin şərtləri əsasında Kiyevlə danışıqlar aparılması “tamamilə qeyri-real ssenaridir”.
“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Faynerin açıqlamasına cavab olaraq söyləyib. Fayner bildirib ki, Birləşmiş Ştatlar 2024-cü ilin sonuna qədər Rusiyanı Ukraynanın şərtləri əsasında danışıqlara məcbur etməyi planlaşdırır. Peskov Ağ Ev sözçüsünün fikirlərini şərh edərkən "bu, tamamilə qeyri-realdır" deyib.
Putinin mətbuat katibi Böyük Britaniyanın Xarici İşlər naziri Devid Kemeronun Ukraynada dayandırılmasa, Rusiyanın daha da uzağa gedə biləcəyi barədə söylədiklərini də şərh edib: “Onlar hər cür hiylələrə əl atırlar ki, öz parlamentarlarını daha çox pul ayrılması üçün səs verməyə inandırsınlar".
Bundan öncə Fayner onu da bildirib ki, əgər Rusiya Ukraynanın şərtləri ilə bağlı danışıqlara razılıq verməsə, 2024-cü ildən sonra ABŞ hakimiyyəti hərbi sənaye bazasını və Ukrayna müdafiə sənayesinin istehsal həcmini sistemli şəkildə artıracaq.
“AzPolitika.info”

Şərhlər