Menu

Ərdoğan beynəlxalq təşkilatları ittiham edib

08.12.2023, 16:21
Ərdoğan beynəlxalq təşkilatları ittiham edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq təşkilatları işlərinin öhdəsindən gələ bilməməkdə ittiham edib.

“Report” xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan “TRT World Forum 2023 - Birgə inkişaf: Məsuliyyətlər, Fəaliyyətlər və Həll Yolları” konfransında çıxışı zamanı deyib.

“Beynəlxalq təhlükəsizliyə görə məsuliyyət daşıyan beynəlxalq təşkilatlar işlərinin öhdəsindən gələ bilmirlər. Bu gün bu, daha aydın görünür”, - o bildirib.

R.T.Ərdoğan qeyd edib ki, dünya çətin mərhələdən keçir: “Türkiyə dünyada sülhün təmin olunması üçün əlindən gələni edir. Həqiqətən, indi ədalətli sülhə ehtiyac var. Ədalətli sülhün məğlubu olmaz”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol