Azərbaycan Təhsil Nazirliyində yeni təyinat olub. “Report”un əldə etdiyi məlumata görə, Səbuhi Rzayev Nazirliyin Vətəndaş müraciətləri ilə iş və kommunikasiya şöbəsinin müdir müavini təyin edilib.
Bundan əlavə Təhsil Nazirliyinin Vətəndaş müraciətlərinə baxılması sekotrunun müdiri vəzifəsi də ona həvalə edilib.
1988-ci il təvəllüdlü S.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və İngiltərənin York Universitetinin məzunu olub.
O, bu təyinata qədər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çalışıb.


Şərhlər
Cəsarəti dəyişmənin nə mənası var deyə düşünürkən təhsildəki kadr "islahatlarının" mənasızlığını daha dürüst dərk edə bildim. Təhsilimiz və yəni gələcəyimiz bir qrup debilin eksperiment laboratoriyasına çevrilib ki, bunun sorğusu heç kimdən soruşulmayacaq qədər dəhşətdir. Sanki dağın təpəsindən bir təkər diyirləyiblər.....