ABŞ dövlət katibi Antoni Blinken cümə günü Vaşinqtonda Ərəb Dövlətləri Liqası (LAS) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndələri ilə görüşündə Qəzza zolağına humanitar yardım göndərilməsini və Fələstinin gələcəyini müzakirə edib.
"AzPolitika.info" bu barədə TASS-a istinadla xəbər verir."Mən Ərəb Liqası və İƏT nümayəndə heyətləri ilə Misir, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Fələstin Administrasiyasının nümayəndə heyətləri ilə Qəzzanın humanitar ehtiyaclarını həll etmək səylərini müzakirə etmək üçün görüşdüm. İsraillə birlikdə gələcək Fələstin dövlətinin yaradılması kimi ortaq hədəfimizi müzakirə etdik", - Blinken X» sosial şəbəkəsi (keçmiş «Twitter») hesabında yazıb.ABŞ dövlət katibi Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə də ikitərəfli görüş keçirdiyini bildirib. Onlar Qəzza zolağının sakinlərinə humanitar yardımın göstərilməsi, “regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi səyləri, Yəmən və Sudanda dağıdıcı münaqişələrə son qoyulması zərurətini” müzakirə ediblər.Rüfət
AzPolitika.info


Şərhlər