Menu

Bakıda qadın azyaşlı övladını taksidə qoyub qaçdı - FOTO

09.12.2023, 11:56
Bakıda qadın azyaşlı övladını taksidə qoyub qaçdı - FOTO

Ötən gecə paytaxt ərazisində naməlum qadın azyaşlı körpəsini taksidə qoyaraq uzaqlaşıb.

Qadın sürücüyə su alıb qayıdacağam deyib, lakin geri dönməyib.

Taksi sürücüsü hadisə ilə bağlı polisə müraciət edib. Azyaşlı “Qadın və Uşaq Sığınacağı”na yerləşdirilib.

Sığınacaqdan bildirilib ki, körpə qidalanıb və orada ona yer ayrılıb.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, hadisə barədə məlumatlıdırlar.

"Tapılan uşaq yaş yarımlıqdır. Səhəttində problem yoxdur. Ancaq hər ehtimala, həkim müayinəsindən keçiriləcək. Körpənin valideyninin tapılması ilə bağlı araşdırmalar gedir", - deyə o qeyd edib.

Şərhlər

dadaşyev 2023-12-10 00:26:13

Vicdansız köpəkqızı!O körpə indi nələr çəkir,bir Allah bilir.Yediyi içdiyi də canına yatmaz yazığın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol