Menu

DYP sürücülərə və piyadalara müraciət edib

09.12.2023, 17:48
DYP sürücülərə və piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYP) bildirilir ki, havalar soyuduqca, yağışlar yağdıqca yollarda yaranan su gölməçələri piyadalar üçün əsl problemə çevrilir.

"Elə sürücülər var ki, yol kənarında dayanan piyadaları nəzərə almır, yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə əksinə sürət həddini daha da artıraraq, onların üst-başlarını batırmağa nail olurlar. Hava şəraitini nəzərə almaqla, sürücülərə tövsiyə edirik ki, yollarda diqqətli olsunlar və yol kənarlarında dayanan piyadaları nəzərə alsınlar. Unutmasınlar ki, piyadaların üzərinə su sıçratmaq yolverilməzdir", - müraciətədə deyilir.

Şərhlər

dadaşyev 2023-12-10 00:15:22

Piyadaların üstünə bilərəkdən su sıçradan vicdansz şoferlər əsasən o qıjılardır ki,valideynləri Dubayda sallaqdodaq ərəblərlə şıdırğı ticarətlə məşğuldurlar.Çünki üst-başları islanan piyadalar o maşınların arxasınca mütləq ən çox onların analarını söyüşlərlə yad edirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol