Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib. Bu barədə "Report"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş 5 246 müəllimin vəzifə maaşına 35 faiz, 17 914 müəllimə isə 10 faiz artım tətbiq olunub.


Şərhlər
Bu necə qərardı? 50 bal toplayanın maaşı 10 faiz, 51 bal toplayanın maaşı 35 faiz artırılır.Bu "ədalətli" qərarı gansı təfəkkürlə qəbul ediblər görəsən?Belə qərar verməklə təhsilə növbəti zərbə vurmuş olursuz.Nə əcəb respublikanın birinci ziyalı ordusu sayılan müəllimlər buna etiraz etmirlər? Yəni indi bizdə dəb düşüb kimə olsa müəllim deyirlər....