Menu

Koronavirus və cəmiyyətdə psixoloji durum

08.09.2020, 16:04
Koronavirus və cəmiyyətdə psixoloji durum

Cəmilə Çiçək

Prezident təqaüdçüsü

Bu günlərdə, təəssüf ki, eyni vaxtda iki cəbhədə dö­yüş­məyə məcburuq. COVID-19 pandemiyası gözə­görün­­məz, ermənilər isə çirkin siyasətli, fürsətbaz­dır­lar.

2020-ci ilin iyulunda Tovuz rayonunun Ağdam kəndi istiqamətində Ermənistanın azğınlaşmış silahlı qüvvələrinin məlum sərhəd təxribatından azacıq sonra – avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Höku­mət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “COVID-19 diaqnozlu xəstələrə psixoloji yardım və düzgün müalicə prinsipləri” mövzusunda keçirdiyi onlayn konfransda icti­mai birlik sədri olaraq mənim üçün çıxış etmək çox çətin və ağrılı idi. Bunun bir neçə səbəbi vardı: canı-qanı ilə tor­paqlarımızın bütövlüyü uğrunda ölməzlik zirvəsinə ucalan yeni şəhidlərimizə saxladığım hüzn, məcburi köç­kün olaraq doğulduğum və itirdiyim yurd yerim sayılan Kəlbəcər və Dağlıq Qarabağda hələ də düşmən tapdağı altında inləyən torpaqlarımızın ağrısı, namərdcəsinə öldürülən hərbçiləri­mizin həyatı...

Bu il iyulun 12-də, gecə yarısı qardaşım Əlirza qəfil­dən evdə bizimlə sağollaşmağa başladı. Tovuz rayonuna gedəcəyini bildirəndə biz iki bacı etiraz etdik. Bizim özü­mü­zə məxsus arqumentlərimiz vardı: qardaşı­mızın atdığı addımın pandemiya və karantin qaydalarına zidd olduğunu, bu cür qeyri-rəsmi yola çıxmağının xeyrin­dən çox zərəri olacağını söylədik.

Düzünə qalsa, mən sözümün davamını ürəyimdə pıçıl­dadım: “Əziz qardaşım Əlirza, bilirəm, qəlbin yalnız Qarabağla, Kəlbəcər həsrəti ilə döyünür. Uşaq vaxtı vaxtsız itirdiyimiz anamızın, doğmalarımızın, əzizlərimizin əbədi yatdığı müqəddəs yerlər tez-tez yuxularımıza girir.

“Bu gün də bir döyüşçü kimi vətənim uğrunda döyüş­məyə, Kəlbəcər uğrunda ölümə belə getməyə hazıram. Mən bu müqəddəs yolda döyüşmək, qalib gəlmək istəyirəm. Lap lazımsa, şəhid olmağa belə hər an hazıram. Çünki Vətən eşqi bütün sevgilərdən ucadır!” – bunlar sənin ürək sözlə­rin­dir, mediada da geniş yayımlanmışdı:

www.ortaqdeyerler.com=xeberoxu&id=540.

Bəli, canım qardaşım, biz öz elimizə, Qarabağımıza, Kəlbəcərə, Zəngəzura, bütövlükdə işğal olunmuş torpaqla­rı­mıza dönəcəyimiz günü həsrətlə gözləyirik. Hələ də uşaq­lıq illərimizin xatirələrinə qayıtmaq arzusu ilə yaşayırıq. Allah o günü görmək qismətini bizdən almasın!

Həmin tədbir zamanı onlayn konfrans iştirakçılarını, etiraf edim ki, dilim topuq çala-çala salamlayıb çıxışıma belə başladım:

“Öncədən təəssüf hissi ilə qeyd edim ki, bugünkü onlayn görüş zamanı nəzərdə tutulan mövzu ətrafında heç də ətraflı söz açmaq imkanımız olmayacaq. Çünki Ermənis­tanın növbəti təxribatının ölkəmizdə yaratdığı gərgin emo­si­onal-psixoloji vəziyyət, sərhəddə verdiyimiz şəhidlər bizi, istər-istəməz, mövzudan bir qədər kənara çıxmağa vadar edəcək.

İyulun 12-dən etibarən Azərbaycan və Ermənistan sər­hədinin Tovuz istiqamətində düşmən ölkənin hərbi təxri­batı nəticəsində başlayan şiddətli döyüşlər hər birimizin psixo­lo­giyasına mənfi təsir edib. İşğalçı Ermənistan ordu­su­nun Tovuzun Ağdam kəndi istiqamətində dövlətlərarası məlum sərhədləri pozaraq ölkəmizə yönəli növbəti silahlı təcavü­zünün – təxribat xarakterli hücumlarının qarşısı rəşa­dətli hərbçilərimiz tərəfindən qətiyyətlə alınsa, düşmənin ağır hərbi texnikaları, istehkamları, müdafiə qurğuları ordu­muz tərəfindən darmadağın edilsə də, bir məsələdə qəti əmi­nik: bu hadisələr zamanı itkilərimiz bizi sarsıtmadı, Vətən uğrun­da canını fəda etmiş, ağır döyüşlərdə igidcəsinə işti­rak etmiş general-mayor Polad Həşimovla bərabər bir neçə yüksəkrütbəli zabit və sıravi əsgərimiz qəhrəman­ca­sına tor­paqlarımızın toxunulmazlığı uğrunda şəhid olublar. Gene­ral Polad Həşimovun döyüş əməliyyatları zamanı şəhid olması, Azərbaycanın yüksək rütbəli zabitlərinin əsgər­lərlə birgə ön cəbhədə, birbaşa döyüşlərdə iştirak etmə­si, vətən şərhədlərini öz qanları hesabına qorumaları böyük hərbi rəşa­dət və qəhrəmanlıq nümunəsi sayılır. Müqəd­dəs şəhid­lə­rimizi bir daha geri qaytara bilməyə­cəyimizi düşünəndə düşmənə nifrətimiz daha da artır.

Onu da bildirim ki, Ermənistan tərəfdən Azərbaycanın Tovuz rayonu istiqamətində açılan ağır artilleriya atəşləri nəticəsində Ağdam kəndinin sakini, 76 yaşlı mülki vətən­da­şımız Əziz İzzət oğlu Əzizov həlak oldu. Dinc, mülki əhalinin ağır silahlardan atəşə tutulmasını, qocaların, qadın­ların, uşaqların qətlə yetirilməsini erməni faşizminin ənə­nəvi əclaflığı kimi qəbul edirik. Bu döyüşlər göstərir ki, Azərbaycan Ordusu ölkə sərhədlərini qorumağa, düşmənə layiqli cavab verməyə daim hazır və ona qadirdir.

Hadisələr göstərdi ki, qatı düşmən hər zaman olduğu kimi, çox hiyləgər və məkrli siyasət aparır. Ermənilər dəfə­lərlə belə təxribatlara əl atmaqla ölkəmizdə həyata keçirilən qlobal və milli tədbirləri, dəyərli layihələri arxa plana ke­çir­mək istəyirlər. Lakin onlar yaxşı bilir ki, xalqımızın və dövlətimizin vəhdəti əbədidir! Bu birliyi elə bu günlərdə də gördük, istər qəhrəman şəhidlərimizin dəfn mərasimlərində, istərsə də Bakıda “Qarabağa azadlıq!” şüarı altında keçiri­lən mitinq-yürüşdə. Bununla belə, təəssüflər olsun, bir qrup şəxs vətənpərvərlərin ozamankı məlum gecə yürüşündən baş­­qa məqsədlər üçün yararlanmağa çalışdı. Aksiya iştirak­çı­larının əksəriyyəti polislərin dağılma tələbinə əməl edərək ev­lərinə getdiyi halda, kiçik bir qrup rəsmi qurumların ça­ğı­­rışına məhəl qoymadı. Orduya dəstək mitinqinin ma­hiy­yə­tindən uzaqlaşan bir qrup təxribatçı Milli Məclisin bina­sına qeyri-qanuni yolla daxil oldu, içəridəki avadanlığa zə­rər vurdu. O zaman hər kəs xatırlayır ki, həmin təxri­bat­çılar tərəfindən jurnalistlərə qarşı zorakılıq halları da baş ver­di. Onlar vətənpərvərlik, orduya və dövlətə dəstək aksi­ya­­sı­nın istiqamətini dəyişməyə cəhd etsələr də, geniş kütlə “Pre­zident İlham Əliyev”, “Ali Baş Komandan, əmrinə mün­­­tə­zirik”, “Milli Orduya dəstəyik!” şüarlarını səslən­dirdi.

O günlərdə Azərbaycanın Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədr döv­lətlərini, BMT-ni, Avropa Birliyini və aidiyyəti üzrə digər beynəlxalq təşkilatları Ermənistanın kobud şəkildə atəşkəsi pozması, mülki Azərbaycan əhalisini ağır silahlar­dan atəşə məruz qoyması ilə bağlı məlumatlandırsa da, bu təcavüzkar dövlətə qarşı heç bir ciddi əməli ölçü götürülmədi, bey­nəlxalq ictimaiyyət tərəfindən siyasi təzyiqlər edilmədi. Hal­buki adıçəkilən beynəlxalq təşkilatlar Ermənistanı dər­hal atəşkəs rejiminə əməl etməyə çağırmalı, düşmənin hərbi bölmələrinin dinc əhalini hədəfə götürməsinə vaxtında reaksiya verməli və bunu ciddi qınamalı idi. Hər dəfəki kimi, yenə də ikili standartlardan Azərbaycan zərər gördü.

O məlum yürüş gecəsi gəncləri təxribata sürükləyən­lər də vardı: minlərlə insan paytaxtımızın müx­təlif ərazilə­rin­dən yürüş edərək “Qarabağ!”, “Orduya dəs­tək!”, “Ali Baş Komandan, silah ver bizə!”, “İrəli, irəli, Azərbaycan əsgəri!”, “Şəhidlər ölməz, vətən bölünməz!” şüar­larını səs­lən­­dirir, Azərbaycan Ordusuna, onun Ali Baş Koman­da­nı­na və dövlətə dəstəyini ifadə edirdi. Dəstək aksi­yaları pay­taxt Bakıda, Xırdalanda, Sumqayıtda və ölkə­mizin digər bölgələrində də keçirilirdi. Bu onu göstərirdi ki, Azər­bay­can xalqı dövlət başçısının siyasətini bütünlüklə dəstək­ləyir, xalq-ordu vəhdətini möhkəmləndirərək cəmiy­yətdə işğalçı düşmənə qarşı döyüş ruhunu daim yüksək saxlayır.

Bu ilin əvvəllərindən etibarən koronavirus pandemi­ya­sının dünyanı cənginə aldığı bir vaxtda özgə ərazilərinə təcavüz edən Ermənistan öz layiqli cəzasını aldı. Ali Baş Komandanın rəhbərliyi altında ordu birləşmələrimiz növ­bəti dəfə 2016-cı il Aprel döyüşlərini, 2018-ci il Naxçıvan zəfərini ermənilərə xatırlatdı, yağı düşmənə layiqli cavab verildi. Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükə­siz­lik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah, dövlət müstəqilliyi dövrümüzün ən böyük nailiyyəti hesab olunur. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəh­məti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozucu­luğa qarşı vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.

Bəli, bu günlərdə, təəssüf ki, eyni vaxtda iki cəbhədə döyüş­məyə məcburuq. COVID-19 pandemiyası gözəgörün­məz, ermənilər isə çirkin siyasətli, fürsətbazdırlar. Konfran­sımızın belə bir şəraitdə keçdiyini nəzərə alsaq, məsələyə bir qədər uzaqdan başlamağa məcbur oduğum üçün iştirakçılardan üzr diləyirəm.

Əslində pandemiya dövründə insanların bir-birindən təcrid olunması, sevdikləri işlərdən uzaq düşməsi psixoloji təsirsiz ötüşmür. Ruh düşkünlüyü, açığını deyək, bekarçı­lığın yaratdığı stress cəmiyyətdə mənfi ovqatın fəallaşma­sına səbəb olur. Buna görə də yaranmış vəziyyətdə mənəvi tərəfləri düşünmək daha vacibdir. İstər telekanallar, istərsə də mətbuat vasitələri, o cümlədən, internet və müxtəlif sosial şəbəkələr əhalidə ruh yüksəkliyini qoruyub saxla­mağa xidmət etməlidir. Qeyri-hökumət təşkilatları və digər ictimai birliklər cəmiyyətin mənəvi tarazlığını tənzimləyən orqanlarla, təşkilatlarla birgə ideoloji-mənəvi sahələrdə fəa­liy­yətlərini yüksək psixoloji hazırlıqla həyata keçirməli­dir­lər. Bir sözlə, keçirilən yığıncaqlar, konfranslar daha çox insan amilinə hesablanmalıdır. Bu məsələ öz əksini hətta gündəlik, aylıq və illik iş planlarında da tapmalıdır.

"Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi dövlətimizin sosial-mədəni siyasətini dəstək­ləyərək, mütəmadi olaraq Azərbaycan ailə dəyərlərinin, milli-mənəvi məsələlərin tanıtımı və təbliği istiqamətində layihələr həyata keçirir. Təşkilat mütəmadi olaraq milli ailə modellərinin təhlili məqsədilə kütləvi araşdırmalar, elmi-sosioloji təhlillər də aparır.

2019-cu ildə "Modern Azərbaycan ailə modelinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində "Modern Azərbaycan ailə modeli” elmi-kütləvi toplusunda, bundan sonra hazırda təklif etdiyi­miz “İtkin düşmüş şəxslərin, qaçqın və məcburi köçkün ailələrinin üzvlərinə psixoloji-mənəvi dəstək tədbirlərinin təşkili” adlı yeni layihə çərçivəsində nəşri nəzərdə tutulmuş topluda vətəndaş-cəmiyyət məsələlərinin psixo-sosial tərəfləri də təhlilə cəlb olunur.

Təşkilat olaraq hər zaman ənənəvi metodlarla yanaşı, innovativ üsullardan da yararlanmağa çalışırıq. Görüşlər, tanıtım mərasimləri ilə bərabər, kitabların, elmi-kütləvi toplu­ların nəşri, onların təqdimatları və paylanması, eyni zaman­da, virtual aləmdə, sosial şəbəkələrdə, internet sayt­larında, elektron kitabxanalarda nəşrlərimizin elektron vari­ant­larını yaymağa hər vaxt üstünlük vermişik. Milli ailə adət­lərimiz, etnik ənənələrimiz, xalqımızın milli-mental dəyər­ləri pandemiya dövründə insanlarımıza necə kömək edə bilər? Bu yöndə insanlara psixoloji, mənəvi kömək etməyə çalışmışıq və bundan sonra da o mövzularda layihələrimizi davam etdirmək fikrindəyik.

İctimai təşkilatlar postpandemiya dövründə və ümu­miy­yətlə, pandemiyanın gözlənilən ikinci və yaxud üçüncü mərhələsində koronavirusla mübarizə aparmaq üçün mütləq ən yeni innovativ metodlardan, informasiya texnologiya­la­rından bəhrələnməli, yeni üsullarla maarifləndirmə, təbliğat işləri aparmalı, bu problemin həllində vətəndaşlarımıza və cəmiyyətimizə kömək etməlidir. Vətəndaş cəmiyyəti olaraq bizlər işimizi müxtəlif istiqamətdə qurmalıyıq. Fikir versək görərik ki, bütün dünyada belədir: ictimai təşkilatlar inno­vativ təkliflər, fərqli metodlarla çıxış edirlər. İctimai təsi­satların və vətəndaş cəmiyyətinin ortaya çıxan hansısa prob­lemin həllində, hər hansı bir məsələnin cəmiyyətin böyük bir hissəsinə çatdırılmasında rolu müəyyənləş­məli­dir. Bu baxımdan da COVID-19 virusuna yoluxmuş xəstələrlə bağlı ictimai qurumların vəzifələri, görəcəkləri işlər aydın­laşdırılmalıdır.

Yoluxmuş vətəndaşın xəstəliyini hansı dərəcədə keçir­­diyi səhiyyə təşkilatları ilə birlikdə dəqiq müəyyən­ləş­dirilməlidir ki, o cür insanların cəmiyyətə yenidən inteq­ra­siyası asanlaşsın. Koronavirus xəstələrinə psixoloji yardım­ların göstərilməsi, eyni zamanda, onlara öz sağlamlıqlarını sona qədər bərpa etmələri və istehsalata, cəmiyyətə, yaxud köhnə iş yerlərinə qayıtmalarına kömək etmək indi daha zəruridir. Bu baxımdan ictimai təsisatların, vətəndaş cəmiy­yəti qurumlarının və QHT-lərin üzərinə çox böyük məsu­liy­yət düşür. Sözsüz, belə mürəkkəb dövrdə biz QHT-lər öz üzərimizə düşən ictimai vəzifələri layiqincə yerinə yetirməliyik.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol