ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Volodimir Zelenskiyə dekabrın 12-də Ağ Evdə görüş üçün dəvət göndərib. Ukrayna liderinin ABŞ-a səfəri dekabrın 11-də başlayacaq.
APA-nın xəbərinə görə, bu barədə Prezident Aparatının Telegramdakı məlumatında deyilir.
“Dekabrın 11-də Volodimir Zelenski Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri başlayır. Ukrayna Prezidenti ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək, bir sıra mövzularda danışıqlar aparacaq”, - məlumatda deyilir.


Şərhlər
Qoca Co hayla Zelenskinin kürəyinə əl qoymaqla, öz amacına ulaşmağa çalışır. Nə yzıq ki, Zelenski de Conun her çaldığı havaya oynayr. Olan isə Ukrayna və ukraynalılara olur.