Məlum olduğu kimi, Azərbaycanda növbədənkənar prezident seçkisi elan edilib. Növbədənkənar seçki 2024-cü il fevralın 7-də keçiriləcək.
Qeyd edək ki, artıq dekabrın 9-dan etibarən Azərbaycanda növbədənkənar prezident seçkisi ilə əlaqədar namizədlər - seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini irəli sürə bilərlər. Seçki Məcəlləsinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18.00-dək partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.
Nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanacaq və bu müddət 2024-cü il yanvarın 8-i saat 18.00-dək olan dövrü əhatə edəcək.
Namizədlərin irəli sürülməsi ilə bağlı rəsmi təqvim müəyyən olunsa da, siyasi partiyalarda səssizlik və qeyri-müəyyənlik müşahidə olunur. Ölkədə növbədənkənar prezident seçkisinin elan olunmasıyla birlikdə əksər partiya rəhbərləri ilə əlaqə qurmaq, onlardan nə isə bir fikir öyrənmək müşkül məsələyə çevrilib. Hələ ki, seçki ilə bağlı öz namizədini irəli sürən, vahid bir fikir səsləndirən partiya və ya partiya sədri yoxdur. Ölkədəki siyasi partiyalar sanki ilk addımı atmaqdan çəkinir, nədənsə tərəddüd edirlər. Sanki haradansa, hökumətdən və hansısa xarici dairələrdən gələcək mesajı gözləyirlər...
“AzPolitika.info”-nun bu barədə ölkənin aparıcı siyasi partiyaları arasında apardığı sorğu da bunu təsdiqləyib.

Əksər partiya rəhbərləri seçkidə iştirakla bağlı sualımızdan müxtəlif bəhanələrlə yayınmağa çalışıblar. Bir hissəsi isə çox güman mövzunun nə olacağını bildiyindən zənglərə cavab vermir.
Əlaqə yaratdığımız ilk şəxs Ümid Partiyasının sədri İqbal Ağazadə oldu. Lakin o, iclasda olduğunu və cavab verə bilməyəcəyini deyərək, əlaqəni sonlandırdı.
Azərbaycan Xalq Partiyasının başqanı Pənah Hüseyn isə bildirdi ki, partiyanın öz namizədi ilə seçkidə iştirak edib-etməyəcəyi İdarə Heyətində aparılacaq müzakirələrdən sonra müəyyən olunacaq. O, hələlik bu məsələ ətrafında müzakirələrin davam etdiyini deyib.
AĞ partiya başqanı Tural Abbaslı ilə əlaqə yaratmaq cəhdlərimiz isə uğursuz olub. Hər halda AĞ partiyada seçkidə iştirak məsələsi ilə bağlı qızğın müzakirələr getdiyindən Tural bəyin zənglərimizə cavab veməyə vaxtı olmayıb...
Musavat başqanı Arif Hacılı da zənglərimizə cavab verməyən partiya sədrləri arasında olub.
Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa isə bildirib ki, partiya olaraq prezident seçkisində iştirak edəcəklər. F. Mustafa qeyd edib ki, konkret bir namizədlə seçkidə iştirak məsələsi partiyanın rəhbər orqanında müzakirə olunacaq.
“Partiya olaraq biz bütün seçki kampaniyalarında aktiv iştirak edirik. Biz müşahidəçi, məntəqə və dairə seçki komissiyasının üzvləri kimi, eyni zamanda təbliğat prosesində də aktiv rol alırıq. Lakin prezident seçkisində konkret bir namizədlə iştirak məsələsi partiyanın səlahiyyətli qurumlarına aid məsələdir. Yaxın günlərdə partiyanın nizamnaməsində dəyişiklik nəzərdə tutulmuşdu və bu səbəbdən də qurultay olmalı idi. Biz həmin qurultayda bu məsələni də müzakirə edəcəyik. Əgər məqsədəuyğun olsa, partiya seçkidə öz namizədi ilə iştirak edə bilər. Lakin hələ tezdir. Bu müzakirələrdən sonra məsələ aydınlığa qovuşacaq. Amma qeyd etdiyim kimi, biz partiya olaraq bütün hallarda seçkidə aktiv iştirak etməyi planlaşdırırıq. Bizim prinsipimiz də odur ki, prezident, parlament və bələdiyyə seçkilərində partiya öz siyasi mobilliyini qorumaq və siyasi həyatda rolunu artırmaq üçün mütləq seçki prosesində iştirak etməlidir”, - deyə F. Mustafa əlavə edib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da gün ərzində etdiyimiz zəngləri cavabsız qoyub.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı isə bildirib ki, AXCP-nin seçkidə iştirakıyla bağlı məsələ partiyanın 6-cı gün baş tutacaq qurultayından sonra müəyyən olunacaq.
Real Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli bildirib ki, Real-da da seçki məsələsi ətrafında müzakirələr davam edir.
“Ötən həftə İdarə Heyəti toplandı. Lakin 8 nəfərlik İdarə Heyətində səslər bərabər bölündü. Yəni 3 nəfər iştirakın leyhinə, 3 nəfər əleyhinə, 2 nəfər isə bitərəf mövqe tutdu. Biz qərara gəldik ki, bu həftə də müzakirələri davam etdirək. Çünki iştirakla bağlı, xüsusən də iştirakın parlament seçkiləri konteksində edilməsi ilə bağlı ciddi arqumentlər var. Bizim əsas hədəfimiz parlament seçkiləridir və daha öncə də bunu elan etmişdik” - deyə, Natiq Cəfərli bildirib.
N.Cəfərli qeyd edib ki, seçkidə iştirakla bağlı yekun qərar həftəsonu elan olunacaq: “Hələ ki, müzakirələr gedir. Amma həftəsonunda qərar olacaq. İstənilən halda bizim mövqeyimiz seçkidə iştirak etməkdir. Bildiyiniz kimi, seçkidə iştirakın digər formaları da var. Digər partiyaların uzun müddətdir apardığı boykot siyasətinin nə vətəndaşa, nə də ölkəyə heç bir xeyri yoxdur. Təbii ki, bizdə boykotdan söhbət gedə bilməz”.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, şəxsin namizədliyini irəli sürə bilməsi üçün 60 fərqli seçki dairəsindən 40 min imza tələb olunur.
Elvin Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
Bunlar özlərini bitirmiş partiyalardır.Boş,lağlağı və hakimityyətin sifarişi üzrı ortada yalandan tullanlvb düşürlər.Qrant onlara boş yerə verilmir.
Aərbaycanda sistemin.tejimin dəyişməsi indiki şərairdə seçki yolu ilə mümkün olmayacaq.Bunun üçün ümum xalq dəstəyi və iştirakl vacibdir.Bunlar öz xoşları ilə jakimiyyəti tərk etməzlər.
Dəyərli AzPolitika Yazarı xüsusən *deputatlıq* partiyalarından hansı Siyasi, İqtisadi, Üstqurum, Hüquqi və digər yeni-koordinal proqramları gözləyir? Ötən seçki önü debatlarda fəaliyyətdə olan Prezidentə alternativ, ya BMT TŞnın bərpa həllinə uyğun-düşmənə adekvat qarşı dekvat-müvəffəq hüquqi müdafiə proqramı irəli sürdülərmi?
Ötən seçki debatlarında fəaliyyətdə olan Prezidentə alternativ, ya rəqib kimi digər heç bir Namizəd nə siyasət, nə diplomat, nə iqtisadi, nə hüquqi heç proqram irəli sürmədilər? Otuz illik hərbi soyqırım işğalından yetəri-kəskin müdafiə tədbirləri də təklif etmədilər?
Azərbaycanda prezidentliyə namizəd təmiz azərbaycan türklərubdən olmalıdır.... qarışıqların uştirakı buraxılmamalıdır.
Ötən seçki önü debatlar aşkarladı ki, digər namizədlərin heç biri də fəaliyyətdə olan Prezidentə rəqib deyil? Heç biri də hələ 1987-94cü illərdən soydaşlarımıza qarşı başlanmış kütləvi deportasiya, vəhşi-hərbi genosid işğalına qarşı heç olmazsa BMT TŞnın hüquqların NATO vasitəsi ilə bərpası kimi bir koordinal-qəti siyasi, diplomat, hüquqi, hərbi və digər kəskin həll variantları da eşidilmədi?
Seçki təbliğatı gedişində bütün namizədlərə eyni şərait yaradılmalıdır.Fərqlı şərait seçkinin dürüst olaca\ına böyük şübhələr yaranmasına səbəb olub və indi də ila bilər.
Əslinə baxsanız bu günkü reallığı nəzərə alan olsa,saxtakarlığa yol verilməsə,pulla imza toplanmasa,müəllim.tibb işçiləri,dövlət aparatı işçiləri zorlanmasa 60 fərqlı seçki dairəsindən 40000 imza toplamaq heç Prezidentə də mümkün olmaz.
Bunlar hakimiyyət tərəfindən yaradılmış və idarə olunan süni "partiyalardır".Bunlarn 30 ildə nəticəli işini,nəticəsini görən olub?Hakimiyyətdən icazə veriləndə ortaya çıxarılır və guya müxalifət görünüşü yaradırlar.Qrantlarla.şübhəli maliyyə yardımları ilə özlərinin və evladlarının həyatını qurmuş şəxslərdən millətə fayda gəlməz!.Bunlar hakimiyyətin əlində saxladığı psevdo müxalifətdit.Onların heç biri heç zaman Prezident olmayacaq!Fiksiyadır!
Mesaj istəyirdiniz? bu da məsajlar!Buyurun tanış olun.Xalq Sizin fəaliyyətsizliyibnizi 30 ildir görür.Vidalaşma zamanı deyilmi?Qoyun millət rahat nəfəs alsın.Başlarını qarışdırmaq cəhdlərndən əl çəkin.Onsuz da hamı bilir ki.Sizlərdən Azərbaycana Prezident heç zaman olmayacaq.Ən pisi isə odur ki,Sizlər özünüz də bunu bilirsiniz.Sadəcə göstəriş yrinə yetirib yenə qrantla davam etmək düşünürsünüz.Ayıbdır!
Siyasi fəaliyyət imkansızlıgı olan yerdə siyasi partiya sözün işlətmək belə taramır. Düzdür əhalimizin əksəriyyəti indiki hakimiyyətə müxalif fikir daşıyııcısıdır. Amma siyasi partiyalarda iştirak təhlükəsindən qorxur. Odur müxalifət camiyəsini az-cox hamı bilən 3 partiya təmsil edə bilər. Qalan "trans opozision" qruplar isə pul qazanmaqdan çox beynəlxalq aləmi aldatmaq ücün olan qruplardır.
Saxtakarlıq olan məmləkətdə nə desən baş verə bilər.
Əsli qarışıq olan vətəndaşları Prezident seçkisinə iburaxmaq qanuna zidd olmaqla baş verməməlidir.! bunun mahiyyətinin izaha ehtiyacı yoxdur. Çünki bura Azərbaycandır ! Əsililiyin təyini isə ata,baba.ana və nənə ilə təyin edilir.
30 ildir millət bu sifətlərdən doyub.AZərbaycanda bunladan başqa savadlı,ağıllı.təcrübəli şəxslər tapılmır?Nədi bunları namizəd düzüb sonra
quyruq qoyacaqsınız?Bunlardan ölkəyə Prezident olmaz və olmayacağını onlar özləri də bilir.Konkurent yaratmamaq üçün özlərini ortaya atıtlar.30 ildir bunlar hansı vəsaitlə yaşayıblar7 Heç dəsadə camaat kimi yaşamayıblar.Bir də 5-6 seçimdə bir partiya otaya çıxa bilməyi bacarmayanda istefa verməlidir.BUnlar fiktiv partiya yazıblar kefə baxırlar.Kİm bunları maliyyə ilə təmin edirsə onlar da onun sifarişi ilə oturub dururlar.Bunları nə millət,nə millətin güzəranı maraqlandırır.Hakimiyyət deyəndə ortaya çıxırlar,deməyəndə sakit otururlar.Mübarizə isə qələbəyə qədər davam etməlidir.BUnlara bir quş!
Naxçıvan klanı AZərbaycana müsbət heç nə vermədi.Ona görə ölkədə normal seçkiyə böyük ehtiyac vardır.Bir təsəvvür edin,Milli mƏclisdə neçə nəfər Naxçıvan əsilli şəxslər yazılıb.Guya onlar seçiliblər?Necə ola bilər ki,lerik,Qusar,Şəki,Mingəçevir,Oğuz Naxçıvan əsilli adamı özlərinə vəkil seçsin.Bu ağbədiyə oyunlara son vermək vacibdir.Qiy hər şəhər,rayondan ö əhalisi işindən namizədlər verilsin və seçilsin.Axı bu bel olmalıdır! KOnstitusiya da,qanun da,din də belə deyir.Bəs bizimkilər nə edir? Axı bu biabırçılığı hamı hətta xticdə də bilirlər.BUna görə AZərbaycanın problemlərinə göz yumulur,eşidilmir.Bunu anlamaq lazımsdır.
Cəmiyyətdə nüfuzu olmaian.real bir faydlı fəaliyyəti olmyan,xalqın hörmət və ümid bəsləmədiyi,boşboğazlıqla gün keçirən,Qrantlarla yaşayan şəxsləri vitrinə düzməklə nə demək istəyirsiniz?Millətin millətə sayqı göstərən.onların ağrı acısını duyan və bu sahədə mübarizəyə hazır ola.ancaq müəyyən rejim məhdudiyyətləri üzündən hətta mühacirətə məcbur olunmuş şəxslərini ortaya çıxarmağın zamanıdır.BU qarmaqarışıqlardan millətə nicat oıa biilməz.Bunlar yoruımuşlar və hakimiyyətin ,,,,.Oyunbazlığa son qoyulmalıdır!
Nimdaş paltoya dönüb də ömürlərini çayxanalarda başa vuranlar namizə verdilər nə fayda vermədilər nə fayda. Birincisi onların heç birinin cəmiyyət içərisində nüfuzu qalmayıb. İkincisi onlara "dəstək" olmasa mensub olduqları "üzvlərlə" (hansı ki, əksəriyyəti təkadamcıq "parti sədrləridirlər") 40000 imzanı yığmaları mümkün deyil. Özü də 60 dairədə.