Menu

“Fransa terror qruplaşmalarını dəstəkləyir” - Nigerdə müvəqqəti keçid hökuməti

11.12.2023, 20:15
“Fransa terror qruplaşmalarını dəstəkləyir” - Nigerdə müvəqqəti keçid hökuməti

Nigerin keçid hökumətinin başçısı, Vətənin Müdafiəsi üzrə Milli Şuranın sədri Abdurahman Çiani Fransa hakimiyyətini ölkədəki terror qruplaşmalarını dəstəkləməkdə ittiham edib.

O vurğulayıb ki, yanğını benzin tökməklə söndürmək olmaz.

“Terrorun atəşi Fransanın göstərdiyi yardım sayəsində alovlanır”, - deyə Abdurahman Çiani bildirib.

Qeyd edək ki, Nigerin keçid hökuməti Fransanın müstəmləkəçi siyasətinə etiraz edir, Parisi yeni neokolonializm metodlarını tətbiq etməkdə, Niger xalqının sərvətlərini talan etməkdə günahlandırır. (Mənbə: TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol