Menu

İsrail ordusu Qəzza zolağında 86 jurnalisti öldürüb!

11.12.2023, 22:37
İsrail ordusu Qəzza zolağında 86 jurnalisti öldürüb!

İşğalçı İsrail ordusunun Fələstin ərazilərini bombalaması nəticəsində Qəzza zolağında 86 jurnalist həlak olub.

Bu barədə Fələstin hökumətinin mətbuat xidməti yayıb.

Qeyd olunub ki, ölənlərin üçü qadındır.

Ötən həftə Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Yaxın Şərqdə yeni gərginliyin başlamasından bəri Qəzza zolağında 63 media işçisinin öldüyünü təsdiqləyib.

Qeyd edək ki, hansısa ölkədə cinayət törətmiş bir jurnalist həbs olunduğu halda şüvən qoparan beynəlxalq təşkilatlar, ABŞ hökuməti və Avropa dövlətləri İsrailin 86 jurnalisti qətlə yetirməsinə lal və kor olublar.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol