4 ildə cəmi 2-3 çıxış edən, ya da heç çıxış etməyənlər hansı “xidmətlərinə” görə maaş alırlar?
Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi istər-istəməz hakimiyyətin digər qolu olan parlamentin effektivliyi mövzusunu da gündəmə gətirmiş olur.
Ölkə əhalisinin əhəmiyyətli hissəsinin ümumilikdə 2020-ci ilin fevralından işə başlayan, yəni az sonra fəaliyyətinin 4 ili bitmək üzrə olan Milli Məclisin və onun ayrı-ayrı üzvlərinin fəaliyyətinə münasibətini “birmənalı müsbət” adlandırmaq əlbəttə ki, gülməli olardı. Lakin hər halda, parlamentimizdə(sayları az olsa da belə) nisbətən aktiv, öz rəyi, mövqeyi, çəkisi olan, əhalinin çıxışlarını, sözünü maraqla izlədiyi üzvləri var. Həmçinin, elələri var ki, onları hamı tanıyır, lakin aylarla, hətta illərlə parlament iclaslarında onların nə səsini eşidən, nə də bəzilərinin üzünü görən olub.

Bir də var yeni və “nisbətən yeni” deputatlar ki, onların da arasında aktiv, az-çox natiqlik qabiliyyəti olan (nə danışmalarından asılı olmayaraq), bir sözlə, “dili söz tutanlar” da var, deputat seçiləndən bu yana “izi-tozu görünməyənlər” də. Belələrinin siyahısı kifayət qədər uzun olduğundan hamısını sadalaya bilməsək də, misal olaraq bir neçəsini göstərməkdə fayda var. Necə deyərlər, “qoy xalq öz qəhrəmanlarını tanısın!”

Məsələn, parlamentdə Cəbi Quliyev adında deputat var. Özü də YAP-çıdır. 4 ildə cəmi dörd dəfə danışıb. Media aktivliyi 0-dır.

Jalə Əhmədova. Bu xanım da Milli Məclisdə çıxış etməyi sevmir. O, 2020-ci ildən, yəni parlamentdə oturandan bu yana cəmi üç dəfə çıxış edib – iki dəfə 2021-ci ildə və bir dəfə 2022-ci ilin payız sessiyasında.

Ülviyyə Həmzəyeva. 4 ildə Milli Məclisdə cəmi iki dəfə çıxış edib. Yəni hər iki ilə bir çıxış. Bu çıxışların da biri olub 2021-ci ilin, digəri isə 2022-ci ilin payız sessiyasında. Ü.Həmzəyeva mətbuatda da çox danışmağı sevmir. İxtisasca rəssam olan xanım deputatımızın mətbuatda bircə qısa çıxışını tapa bildik. O da iranda törədilən terror aktı ilə bağlı olub...

Əliabbas Salahzadə. Ən “ağır taxtalı” deputatlardan biridir. 4 ilə yaxın zaman kəsiyində Milli Məclisdə cəmi iki çıxışı olub. Biri 2022-ci ildə, digəri isə 2023-cü ilin yaz sessiyasında. Salahzadənin deputat olandan sonra mətbuatda cəmi 3-4 çıxışı dərc edilib ki, onun da sonuncusu 11 ay əvvələ təsadüf edir.
Yeri gəlmişkən, bir çox bu tip deputatların nəinki Milli Məclisdəki, hətta mətbuatda dərc olunan çıxışlarının da mətnləri onların ya köməkçiləri, ya da jurnalistlər tərəfindən hazırlanır...

Ülviyyə Ağayeva. Bu xanımın ümumiyyətlə, 4 il ərzində nə parlamentdə, nə də mətbautda bircə çıxışı belə olmayıb. Bu baxımdan o, “anti-rekordçular” siyahısında ən yüksək yerlərə layiqdir.

Anatoli Rafailov. O da 4 ildə nə Milli Məclisdə danışıb, nə də mediada çıxış edib.
Ağalar Vəliyev “köhnələr”dən olsa da, gözə görünməzlik və susqunluğa görə ən yeni deputatları da üstələyib. Belə ki, Ağalar müəllim 2020-ci ildən bu yana Milli Məclisdə bir dəfə də çıxış etməyib. Mətbuatda isə cəmi iki çıxışına rast gəldik ki, onların da biri 2021-ci ilə, digəri isə 2023-cü ilin yanvarına aiddir.
Nəsib Məhəməliyev, Cavanşir Paşazadə, Aqil Məmmədov, Cavanşir Feyziyev, Sevinc Hüseynova, Malik Həsənov da Milli Məclisdə “ağır oturub, batman gəzən” deputatlarımızdandır və onların da parlamentdəki çıxışları 3-5 dəfədən artıq deyil.
Müqayisə üçün qeyd edək ki, Milli Məclisin iclaslarında məsələn, Fazil Mustafa 177 dəfə, Əli Hüseynli 321 dəfə, Etibar Əliyev 119 dəfə, Əli Məsimli 135 dəfə çıxış ediblər. 100-ə yaxın çıxışı olan deputatlar arasında Sadiq Qurbanov, Qüdrət Həsənquliyev, Tahir Mirkişili, Zahid Oruc və digərləri ilə yanaşı, Vahid Əhmədov və Sabir Rüstəmxanlı kimi qocaman deputatlar da var. Ancaq nə işdirsə, bu adamlar yaşlarına, yaradıcılıq və digər məşğuliyyətlərinə baxmayaraq, öz əsas vəzifələri olan millət vəkilliyinin tələblərinə bacardıqları qədər zaman və enerji tapa, ayıra bilirlər, digər nisbətən gənc və yeni millət vəkilləri isə yox...
Yaxşı, qanunvericilik təşəbbüslərini bir yana qoyaq, deyək ki, bunun üçün bilik və təcrübələri çatmır. Bəs bunların seçicilərinindəmi bu dövlətə, parlamentə deyiləcək heç bir sözü, problemi, xahişi, tələbi yoxdur? Yəni, doğrudanmı deməyə, danışmağa söz tapmırlar? Bu adamlara kimsə çatdırsın ki, öz seçiciləri də, ümumilikdə xalq da onların “həsrətindədir”. Hərdən üz-araya çıxsınlar, səslərini çıxarsınlar, bilək ki, sağdırlar və “seçicilərin verdiyi səslər etibarlı əllərdədir”.
Kimsə deyə bilər ki, “kimdir deputatın nə dediyinə baxan?” Bəlkə də belədir... Amma hər halda, hər kəs ən azından aldığı maaşın əvəzini ödəməlidir. Yoxsa, belə çıxır ki, orta statistik azərbaycanlının gəlirlərini ən azı 10 dəfə üstələyən məbləğdə maaş alan, eləcə də deputat mandatının verdiyi digər imkan və imtiyazlardan istifadə edib özünə və yaxınlarına “gün ağlayan” bu şəxslərə millətin borcu var, onlarınsa heç kimin qarşısında heç bir borcu və məsuliyyəti yoxdur. Yeri gəlmişkən, zaman-zaman deputatların maaşlarının artırılması məsələsi də gündəmə atılır və bu artımlardan digərləri kimi, “lal” və “laməkan” deputatlar da istifadə edirlər...
Məşhur şeirdə deyildiyi kimi, “Orda bir dağ var, uzaqda, O dağ bizim dağımızdır. Enməsək də qalxmasaq da. O dağ bizim dağımızdır...”
İndi adını çəkdiyimiz və çəkmədiyimiz bir çox deputatlar da həmin “dağ” kimidirlər – “göz dağıdırlar!”
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Diqqət etsəniz sonradan Azərbaycanlı edilənlər çıxışlarında və adi danışıqlarında kitab cümlələrindən istifadə edirlər.Əsı Azərbaycanlılar yaşadıqları zonalara məxsus ləhcələrlə.intonasiyalarla danışır.Ona görə bunları seçmək asandır.
Siyahi ilə yazılanlardan nə iatəyirsiniz?Onlar kimlərinsə qohunu,kimlərinsə ,,, evladaları və bziləti trüvəylə yazılanlardır.Guya bu gizlifir? Ona görə ökəni demokratik üsuk idarə ilə yönəltmək.ailə.qohum idarəçiliyinə son qoyulması vacibdir.
Guya MM-də danışanların sözlərini eşidən.treaksiya verən var?Orada danışırlar səhəri unudulur.Millətin vəziyyətinə aid bit qərar çıxarmaq səlahiyyəti olmayan bir qrup çəddahlar məclisidir.r
Cəlal müəllim, bilmək istəyirəm ki, Şəkidən təyin olunmuş deputat Vüqar İsgəndərovun adını çə üçün qeyd etməmisiniz ? Boş mənasız məqalələr qəzetdə çap etdirməkdənsə, mənasız KİV müsahibə verməkdənsə susmaq ondan yaxşıdır. Vüqar İsgəndərov Şəki də yaranmış acınacaqlı vəziyyət haqqında bir kəlmədə olsa danışmayıbdır, çünk o İcra başçısızna xidmət edir.
Bunlar Hababam sınıfının müəllimliyinə layiqdirlər.
Goresen bunlar ailesinde kishilenib neden danishirlar? Insan olan kesde vicdan, abir- heya olmalidir!
Burada təəcüblü nə var ki....
Milli Məslisə seçilən deputatlar saf milli olmalıdır.Yəni Azərbaycan türkü olmalıdır.Buraya sonradan Azərbaycana köç etmiş,ana dili azəbaycan dili olmayan milli qarışıqlar(sonradan dil öyrənənvə kitab cümlələriilə danışan şəxslər deputat ola bilməməlidirlət.Çünki uzun müddətin təcrübəsi təsdiqlədi ki,onlar Azərbaycan xalqına uzaqdan baxırlat.
Aha ,, danishmaqcun bililk , savad lazim ,,,
Işsiz camaat səhər evdən çıxanda deyir gedim görüm nə iş tapıram daa,hamballıqdan,bağbanlıqdan zaddan,yoxsa ayın axırına meyidimiz çıxar acınnan..İşi olan bəxtəvərlər taksovattıq eləməyə,dönər satmağa,karyerə kubik daşımağa,küçələri süpürməyə,müəllimliyə,həkimlik eləməyə gedirlər.Manıslar deyir gedim görüm bir-iki toydan-nişannan-xınayaxdıdan zaddan tuta bildim bəlkə,yaman ajdıxdı,,bədəbəddə bir şişkanın ad günü olsun,qəmin kəm,on kasıbın toyundan qazanacığımı bir axşama götürərəm,üstəlik qayıdanda da anekdotdakı fil stolun üstündən xortumuyla nə varsa bütün yeməkləri içməkləri süfrəqarışıq yığışdırıb oturan yerinə soxduğu kimi mən də hər şeyi yığışdırıb gətirərəm,bir ay yeməyə içməyə pul vermərəm.Deputatlarda isə hər halda tam başqa cürdü.Onlar səhər evdən çıxanda deyirlər gedim yumyumşaq kreslolarda oturum,yanpörtü mürgüləyim,əsnəyim gəlim.Nağarsınlar?Qınamalı deyil.İş yox,güc yox.
bäs saxta diplomla deputat omuş elnur allahveridyevdən niyə danışmısrısnız, yoxsa sponsprunuzdan qorxursunuz? Bu linkə nzər salsanız, hər şey aydın olar: https://az.wikipedia.org/wiki/Elnur_Allahverdiyev_(siyas%C9%99t%C3%A7i)
Əcnəbinin də göz və diqqətində olan obyektlər təmizləyicidən Akademikə qədər, Jek-Bələd-İNdən nazirə şəxlərin və idarələrin əksəriyyətinin vəzifələrini 33-63% icra etdiyi görünür. Yeni deputatlar önları seçdirənlərin tapşırıqlarını icra etsələr kifayətdir! Laməkan olmasalar, mediamızın gurlayan şüarçıları kimi özlərinə və ölkəmizə qarşı daha çox düşmən qazana bilərlər!?
Saytlarda bəzi deputatlar kimi boş mənasız məqalələr çap etdirməkdənsə, susmaq daha yaxşıdır.
onları təyin edəndə baxın görün onların savadı,dünyagörüşü,çəxsiyyəti varmı,danışmaq xətrinə danışmaq milli Məclisdə alınmır,çünki qəbul ediləcək qanunları gərək əvvəcədən oxuyub anlayasan,bəndlər üzrə düzəlişlər edəsən,bunlarda da o baş yoxdur.
İnsan utanmaq və vicdan hissi kimi nəcib hisləri mənasız sayanda o bu şəklə düşür. Az işləyib çox yeyənə çevrilir ALLAH bizi belə olmaqdan qorusun.
Bunlar danışmaq üçün seçilməyiblər. Sadəcə MM-də oturmaq və"knopkanı" basmaları kifayətdir ki, onu da pis-yaxşı edirlər . Saatlarla iclasda oturub anlamadıqları gic-gic mövzulara qulaq asmaq böyük zülmdür və bu sizə zarafat gəlməsin. Odur ki, 6 aydan bir bunların maşlarını yenə artırmaq lazımdır ki, motivasiyaları yüksəlsin...
Qoyma özünü tülkülüyə, adə, əkinçi!
Bir üzrlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu gəc vurma qapımda,
Gahi başına, gah döşünə vurma qapımda,
Ləğv olma, ədəb gözət bu məvadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!
Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?
Yağmadı yağış, bitmədi bir danə, nə borcum?
Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?
Getdi mənə nə fəhləliyin badə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!
Aldı dolu eldən səru samanını, neylim?
Yainki çəyirtkə yedi bostanını, neylim?
Verdin keçən il borcuna yorğanını, neylim?
Ol indi palas satmağa amadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!
Söz açma mənə çox çalışıb, az yeməyindən,
Canın bəcəhənnəm ki, ölürsən, deməyindən!
Mən gözləmənəm, buğda çıxar, əvr bəbəyindən!
Çəltik də gətir, arpa da, buğda da, əkinçi!
Yoxsa soyaram lap dərini, adə, əkinçi!
Danisani da spiker susdurur ...bezileri elleri qilaginin dibine atib rahat oz sexsi biznesi haqqinda dusunurler ..
Bu ABM Azərbaycan biznesmenlər meclisi.
Laçınlilarin secmediyi deputat Mahir Abbasovu danışanda yox gernesende kim görsə mustulugu var
İngiltərə deputatları bizim Məclisin təmtərağını görəndə heç utanırlarmı öz parlament binalarından?O boyda ölkədi,TŞ-nin beş üzvündən biridi,amma parlamentdəki oturacaqları köhnə avtovağzal oturacaqları kimidi,heç dirsəklənən yerləri də yoxdu,gəlib bir-birinə sıxışmış halda mıxməmməd kimi otururlar.Amma bizimkinə bax.Maşşşallah!Heç Makedoniyalı İskəndərin belə təmtəraqlı Məclis salonu olmayıb.Özü də stol və stullar ayrı-ayrı,hər stolun arxasında da yalnızca iki deputat oturur.Biri çaşıb xalq üçün nəsə canıyananlıq eləmək sitəyəndə o birisi o saat dartsın qolundan ki,ayə,ayə,villanı düşün a kişi,uşaqlarını düşün,bu gün sabah ailə-oğul uşaq sahibi olacaqlar,gələcək nəvələrini düşün,tebe eto nado?Sonra da onun yerinə üzrxahlıq eləsin ki,qardaş deyəsən bir az çox içib,elə bayaqdan pencəyini dartıram ki içmə içmə,nə isə,fikir verməyin,məclisdə belə şeylər olur,bir tuuşş!
QAXDAN SEÇDİRİLƏN DEPUTAT AZƏR KƏRİMLİNİ GÖRƏN OLSA TƏCİLİ QAXA XƏBƏR GÖNDƏRSİNLƏR.BƏLKƏ MİLLİ MƏCLİSDƏ YATIR HEÇ KƏSİN XƏBƏRİ YOXDUR
Bu deputatların aldığı maaşa hər addımda haqqı tapdanan qazilərin və şəhid ailələrinin ağrıları qarışıb.Güman ki onları çox pis bir son gözləyir.
Aaaa!A balam nə danışsınlar?Danışa bilirlər ki?Necə danışsınlar?Qoyurlar ki?Kimə danışsınlar?Eşidən var ki?Keçən yay görmədinmi,AZALın qiymətləri özlərinə sərf etmədikdə ağız-ağıza verib danışdılar ki,,pulumuz katastrofik vəziyyətdədi, çatmır ora-bura uçmağa,təyyarəyə pul verəndə də villaların qapı-pəncərəsinə pul çatmır,belə olmaz filan,o saat da maaşları artırıldı kəlləçarxa,o susan oldular.AZAL dəyirmanı bildiyini elədi,çax-çux ustaları baş ağrıtdı.”Laməkan” bənzətmən də superdi.Bir tuş! ”Deputatlıq kefdi dodiba,Bakıya Tiflisə sığmazam.Deputate-laməkan mənəm,Milli Məclisə sığmazam”.
Axtarsanız o çıxış edənlərdə öz problemlərini qaldırır ya da məddahlıq üçün çıxış edib .Yazıq Tahir Kərimli düz deyir ki ,hamı bizi söyür ,heç olmasa limit məsələsinə baxsınlar ki deyək ki bizim sözümüzü hökumət eşitdi ,bunu da edə bilmiriksə xalqın yanında gözü kölgəli qalırıq .Müəllifə afərin ,heç olmasa deputat tanıya bildik .Maaşlarını seçki öncəsi iki dəfə qaldırmaq lazımdır
Ən ğnəmlisi bunların çıxışlarının mənası və nəticəsi olubmu?'Bunlar millətin vəkilləri yox.onları ortaya çıxaranların vəkilləridirlər.Milli məclis yaradlandan indiyə qədər burada millətiə xidməti edən.insanları maraqlanıran bir qərar,qanun qəbul edilibmi?Bunların işi Prezident aparatından gələn qərarları fikriv müzajirəyə çıxarmaq,guya nəsə əlavə etməkdən ibarət olduğu sirr deyil.Bu məqsədlə bu boyda,butərkibdə,bu qədər xərclərlə belə "Milli Məclis" nəyə gərəkdirOna görə Milli Məslisin adını dəyişib "İqtidar Məclisi" adını qoymaq doğru olar.