Menu

“MƏN 20 İL ƏVVƏL İSTEFA VERMİŞƏM...” – “Növbədənkənar seçkilər postmüharibə dövrünün çağırışları ilə bağlıdır”

12.12.2023, 21:32
“MƏN 20 İL ƏVVƏL İSTEFA VERMİŞƏM...” – “Növbədənkənar seçkilər postmüharibə dövrünün çağırışları ilə bağlıdır”

“Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan olunması postmüharibə dövrünün çağırışları ilə bağlıdır”.

Bunu “AzPolitika.info”ya açıqlamasında AMİP lideri Etibar Məmmədov deyib.

“Artıq yeni dövr başlayıb və ölkənin qarşısna vəzifələr qoyulub, onların həyata keçirilməsi üçün isə yeni müddətlər lazımdır”, - o vurğulayıb.

Partiya lideri seçki zərurətini həm də dünyada və regionda gedən proseslərlə əlaqələndirib: “Dünya sürətlə dəyişir, dinamik proseslər gedir. Bu müstəvidə yeni tələblərə uyğun start meydançası əldə etməyə ehtiyac var”.

Etibar Məmmədov seçkilərdə iştirak edib-etməyəcəyi barədə sualı belə cavablandırıb: “Mən seçkilərdə 20 il bundan əvvəl iştirak etmişəm və istefa vermişəm. Bundan sonra iştirak etmək niyyətində deyiləm”.

“Amma siyasətdən getməmisiniz” sualına AMİP lideri “Heç kim siyasətdən getməyib, bütün insanlar aparılan siyasətdə bu və ya digər formada iştirak edirlər” – deyə cavab verdi.

“AzPolitika.info”

Şərhlər

Şıxı Kəldəkli 2023-12-13 14:27:15

Son 36 ilimizin ən fədakar İstiqlalçımız E.Məmmədovun-*Həmin dövrün hər vətəndaşını Cəmiyyətinin bütöv və hər bir üzvünün qarşılıqlı-qonşu insani və dövləti haqqları, yəni siyasi gündəm maraqlandırmaya bilməz!?*, düşüncəsi ilə həmrəy olmamaq mümkün deyil!

miri 2023-12-12 18:37:18

Ancaq"kasıb toyuna dava salmaq" ücün yaranmışlar əbədiyaşar olur. Fürsət yaranan kimi "meydan sulayır". Adi vaxtda isə " fürsət mırıgında duran qoruyucu" kimi "bəslənilir"

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol