Menu

“Bunu faciəyə çevirmək lazım deyil” – “Prezidentlə Zalujnı arasında münaqişə yoxdur”

12.12.2023, 16:00
“Bunu faciəyə çevirmək lazım deyil” – “Prezidentlə Zalujnı arasında münaqişə yoxdur”

ABŞ dekabrın sonuna qədər maliyyə ayırmağa qərar verərsə, Ukrayna buna şad olacaq. Lakin bu vəziyyəti faciəyə çevirmək lazım deyil. 

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov “BBC”-yə müsahibəsində belə deyib.

Danilov qeyd edib ki, dünya Ukraynanı Rusiya qarşısında məğlubiyyətə, məhvə sürükləyə bilməz: "Bu(yardım) bir az gec baş verərsə, biz bunu faciəyə çevirməməliyik. Həqiqət bizim tərəfimizdədir. Putin bəşəriyyətin gözü qarşısında bizi - uşaqlarımızı, qadınlarımızı, qocalarımızı məhv edəcəkmi? Bütün dünya bunu gözlərini yumaraq izləyəcəkmi? O zaman sual ondan ibarət olmalıdır ki, biz necə bir dünyada yaşayırıq”.

Bundan əlavə, o, Prezident Vladimir Zelenski ilə Baş Komandan Valeri Zalujnı arasında münaqişə barədə bəzi KİV-lərin dəfələrlə yazdığı şayiələri təkzib edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol