"Böyük əfv Novruz bayramında gözlənilir".
Bunu “Qaynarinfo.az”-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
Onun sözlərinə görə, bu sərəncam prezident seçkilərindən sonraya təsadüf edəcək: "Biz siyahını yazıb göndərmişik. Hətta bir siyahı da əlavə etmişik. Həmin siyahıda həbs olunub, ancaq məhkəmə prosesi keçirilməyən şəxslərin adları yer alıb. Həmin şəxslərin məhkəmədən buraxılmasını xahiş etmişik".
Novella Cəfəroğlu həmin şəxslərin buraxılacağına ümid etdiyini qeyd edib.


Şərhlər
Novella Cəfəroğlu , siz deyirsiniz : "Biz siyahını yazıb göndərmişik.
Hətta bir siyahı da əlavə etmişik. ......"
Sizə sual olunur : Əhali bilirmi ki , sizin komandanızın tərkibini kim təyin edir ?
" Biz " ifadəsini səsləndirəndə , fəaliyyətinizin şəffaflığı barədə cəmiyyətə aydın hesabat
vermirsiniz , niyə ?
Şəffaf , düzgün seçki təşkil olunmalıdır ki, sizin komanda heyyətininizin tərkibi dəyişsin, yenilənsin .