Menu

Bu tarixdə Bakıya QAR YAĞACAQ

12.12.2023, 18:39
Bu tarixdə Bakıya QAR YAĞACAQ

Bakıda və Abşeron yarımadasında yanvarın 14-ü axşamdan 15-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək.Yanvarın 14-15-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə yanvarın 14-ü axşam şimal və şərq rayonlarından başlayaraq 15-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı ehtimalı var.

Qərb küləyi əsəcək, arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yolların buz bağlayacağı ehtimal olunur.

Şərhlər

Oxucu 2023-12-12 21:18:52

Yanvara hələ çox var....

Mubariz 2023-12-12 19:52:46

Başa düşmədim ,bunlar bir günlük proqnozu düz verə bilmirlər ,yanvar ,fevralı necə praqnozlaşdırdılar ? Bunlar ancaq faktiki havanı deyirlər ,onuda ki, nənəmdə çölə çıxıb görürki ,qar yağıb deyirki ,uşaqlar qalın geyinin .vəssalam

Mən 2023-12-12 18:55:22

Yazdıqlarınızı arabir də olsa özünüz oxuyun .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol