Polşa parlamentində yəhudilərin Hanukka bayramı ilə əlaqədar gərginlik yaşanıb.
“AzPolitika.info” xəbər verir ki, sağçı millət vəkili Qjeqoj Braun yəhudilərin Hanukka bayramı ilə əlaqədar parlamentdə yandırılan Hanukka şamlarını yanğınsöndürən tüpündən istifadə edərək söndürüb. Braunun bu addımından sonra parlament öz işini dayandırıb.
Parlament sədri Şimon Holownia Braunun törətdiyi hadisəni pisləyib və Polşa parlamentində antisemitizm və ksenofobiyaya yol verilməyəcəyini bildirib.
Polşanın yeni baş naziri Donald Tusk hadisəni “rüsvayçılıq” adlandırıb və belə bir şeyin heç vaxt təkrarlanmamalı olduğunu bildirib.
“AzPolitika.info”


Şərhlər