“NATO-ya üzvlüklə bağlı Ukraynanın Rusiya ilə müharibədə qələbəsini təmin etmək lazımdır. Həmçinin bütün müttəfiqlərin Ukraynanın NATO-ya daxil olmasına razılıq verməsi lazımdır”.
“AzPolitika.info” xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
Bayden NATO ilə çox qürur duyduğunu, Finlandiyanın da Alyansa daxil olması ilə birlikdə bu təşkilatın indi daha da böyük olduğunu bildirib.
“Putin mən seçiləndən dərhal sonra Cenevrədəki görüşümüzdə NATO-nun “finlandiyalaşdırılması”nı istədi, lakin onun yerinə Finlandiyanın “natolaşması” baş verdi”, - Bayden əlavə edib.
“AzPolitika.info”


Şərhlər